Bakıda tarixi tüstü borusu Cintec şirkətinin innovasiyaları sayəsində yeni ticarət kompleksində quraşdırılacaq, Whales Online yazır.

Oxu.Az xəbər verir ki, saytın informasiyasına əsasən, Bakıda bir müddət əvvəl sökülməsi planlaşdırılan köhnə tüstü borusu yeni ticarət mərkəzində quraşdırılacaq və bu işdə Nyu-Portda yerləşən mühəndis şirkətinin innovasiyalarından istifadə ediləcək.

Cari ilin əvvəlində Cintec International şirkəti tüstü borusu üzərində kompleks struktur işlərinə başlayıb.

f9beea3ece509e64b4e4fd1c36b2c7b0

Əvvəlcə köhnə borunu sökmək və onun yerində orijinal layihə ucaltmaq planlaşdırılsa da, bu planı görən Azərbaycan Prezidenti tarixi tüstü borusunu yenidən qurmağı və onu müasir ticarət kompleksi olacaq The Twin Towers of Port Baku (Port Baku-nun əkiz göydələnləri) layihəsinin mərkəzində yerləşdirməyi təklif edib.

Nəticədə Azərbaycanın futuristik baxışlarını və onun sənaye tarixinin mühüm elementlərini özündə birləşdirən dizayn hazırlanıb.

Bu iş üçün üstünlük dünyada bir çox tarixi yerlərin yenidən qurulması ilə məşğul olmuş Cintec şirkətinə verilib.

Şirkət artıq köhnə tüstü borusunun restavrasiyası üzrə işlərə başlayıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here