Bakının Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsindəki körpünün üstündə yolayrıcı hissəsinə və körpünün kənarındakı piyada səkilərinə qırmızı asfalt salınıb.

Bu barədə “Azəryolservis” ASC-dən Trend-ə xəbər verilib. Qeyd edək ki, yollara qırmızı asfalt döşənməsi sınaq layihədir və yollara estetik gözəllik verilməsi məqsədi daşıyır.

Yaxın gələcəkdə paytaxtın digər ərazilərində, xüsusən səkilərdə, piyada zolaqlarında, dairələrdə bu rəngdə asfalt örtüyünün döşənməsi gözlənilir. Digər rəngli asfaltdan istifadə edilməsi və onların yolun hərəkət hissəsinə döşənməsi isə planlaşdırılmır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here