“Bakı-2015” Avropa Oyunlarının gümüş medalı “eBay” internet auksionunda satışa çıxarılıb.

Oxu.Az xəbər verir ki, hazırda medalın qiyməti 139 dollar təşkil edir.

Məhsulun təsvirində qeyd olunub ki, medal istifadə olunmayıb və heç bir zədəsi yoxdur. Medalın diametri 66 mm, çəkisi 146 qramdır.

Medalın yerləşdiyi yer kimi Polşa göstərilib.