Azərbaycanın Avropa İttifaqındaki sabiq səfiri Arif Məmmədov haqqında İnterpol xəttilə beynəlxalq axtarış elan olunub. Bu haqda Baş prokurorluğa istinadla “Haqqin.az” yazır.

Eks-diplomatın barəsində qəti həbs tədbiri seçilmiş və Azərbaycan Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və külli miqdarda israfçılıq ) və 308.2-ci (vəzifə səlahiyyətlərindən ağır nəticələrə gətirib çıxaran sui-istifadə) maddələri ilə cinayət işi qaldırılmışdır.

Hesablama Palatasının apardığı yoxlamalar zamanı büdcə vəsaitlərinin qeyri-məqsədlərlə qanunsuz istifadəsi halları üzə çıxmışdır. Baş prokurorluğun məlumatına görə , Arif Məmmədov 2007-2012-ci illərdə lazımi rəsmi sənədlər olmadan 410.000€ məbləğində dövlət vəsaiti xərcləmişdir.