Ombudsman Elmira Süleymanova avqustun 21-dən sentyabrın 21-dək respublikada ənənəvi “Sülh aylığı”nın keçirilməsi ilə bağlı dövlət qurumlarına, şəhər və rayon icra hakimiyyətlərinə, Milli QHT Forumuna məktubla müraciət edib. Bu barədə APAxəbər yayıb.

Müraciətdə qeyd olunur ki, aylıq çərçivəsində müvafiq qurumlar tərəfindən keçirilmiş və aylığın sonuna qədər gerçəkləşdiriləcək maarifləndirmə tədbirləri haqqında məlumatlar Ombudsmana təqdim olunmalıdır.

Bundan əlavə, bildirilir ki, keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, insanların hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verəcək.