Azərbaycanda 2015-ci ilin yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq əmək haqqı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,0 faiz artaraq 457,2 manat təşkil edib.

Oxu.Az bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir.

Məlumata əsasən, 2015-ci ilin yanvar-iyul aylarında əhalinin gəlirləri 6,4 faiz artaraq 23,6 milyard manata çatıb.

Gəlirlərin 74,1 faizi son istehlaka, 9,3 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 14,0 faizi əmanətlərin və kapitalın artırılmasına, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here