Nömrələrə qarşı çox həssasıq. Vəziyyət o qədər ciddidir ki, kimliyimizin tamamlanması üçün təkrarsız, yaddaqalan və orijinal nömrə az qala olmazsa, olmaza çevrilib.

Bu yaxınlarda sosial şəbəkələrdə maraqlı elan paylaşılıb. Məlum oldu ki, 27 000 manata (050) 966-66-66 bahalı, “zerkalnı” – yəni ardıcıl, qoşa, yaxud eyni rəqəmlərin düzüldüyü olan nömrə satılır.

Qeyd edək ki, bu barədə elan Disput.Az saytında yerləşdirilib.

Elanı yerləşdirən Fexri_94 adlı istifadəçi qeyd edib ki, nömrəni ayda 300 manata icarəyə də verir.

Azərbaycanda bu cür nömrələri adətən iş adamları, siyasətçilər, yüksək səviyyəli rəsmilər, digər fəaliyyət sahələrinin nümayəndələri imicini qorumaq üçün alırlar.

Xatırladaq ki, bir müddət öncə ölkəmizdə hətta 90 000 manata (050) 555-55-55 nömrəsi satışa çıxarılmışdı.