Müxtəlif idman növlərini təmsil edən Azərbaycan idmançıları yeni il tətillərindən dərhal sonra qarşidaki idman mövsümünə hazırlaşaraq məşqlərə başlamışlar.

Futbol

Azərbaycanın premyer-liqasında indi qış tətilidir və klublar müxtəlif ölkələrdə mövsümgabağı hazırlıq keçirlər. Manatın devalvasiyası və çətin iqtisadi vəziyyətə baxmayaraq, bütövlükdə, bir çox klublar Türkiyə və İspaniyada yığma və yoldaşlıq yarısları keçirə bilmişlər. Keçirə bilməyənlər isə ağır hava şəraitinə baxmayaraq doğma meydançalarda məşq edirlər.

Cümə günü — yanvarın 22-də futbol üzrə qış turnirinin Bakıda təşkil olunmuş CBC Sport Kubokunun dördüncü turu basa çatdı ki, onun qalibi paytaxt “Neftçi”şi oldu. AFFA-nın baş katibi Elxan MəmmədovSportbox.az”a eksklüziv müsahibəsində “CBC sport kuboku”nun yekunlarını vuraraq turnirin faydalı təcrubəsindən, eləcə də Azərbaycanda uzaq və yaxın xarici ölkələrdən olan klubların cəlb edilə bilməsı, yerli idmançıların isə vətəndə əngəlsiz yığmalar keçirmələri üçün bazalar yaratmağ zəruriyyətindən söz açmışdır.

Elxan Məmmədov
Elxan Məmmədov

“Azərbaycanda əlavə turnirin təsisinə dair mövzunun müzakirəsinə biz hələ ötən il başlaşmıq. Futbol federasiyasının prezidenti və məşqçi komitəsi də bu mövzunu müzakirə etmişlər. Düzü, başlanğıc ideya turniri aprel-mart aylarında təşkil etməkdən ibarət olmuşdu ki, bu Azərbaycan çempionatının intensivliyini artıra bilərdi. Ancaq hazırki vəziyyəti nəzərə alaraq, mən bizim valyutanın devalvasiyasını nəzərdə tuturam, bir çox klublar öz yığmalarının xaricdə təşkili fikrini dəyişərək bu mövzunu AFFA və PFL klub komitəsilə müzakirə edərək, öz yığmalarını burda — Bakıda keçirmək qərarına gələn komandalar üçün yoldaşlıq turnirlərinin təşkili məsələsini nəzərdən keçirməyə başlamışlar”,- deyə AFFA-nın baş katibi söylədi.

Onun sözlərincə, bu yarışlar və turnir bütövlükdə bir daha sübut etdi ki, vəsait çatışmazlığı halında Azərbaycan ərazisində də önəmli yığmalar keçirmək mümkündür.

“Biz həmçinin kanal və PFL-lə də artıq gələn il xarici komandaların turnirdə iştirakına hazırlıq və cəlb edilməsi məsələsini müzakirə etmişik. Düzdür, ola bilər ki, bizim hazırlıq -yoldaşlıq turnirimizdə iştirakın birinci ilində onlara güzəştli şərtlər təklif etmək lazım gələcək, ancaq bu təcrübə uğurlu olarsa, bir il sonra komandaların özləri gəlib qış yığmalarını bizim ölkədə keçirmək istəyəcəklər. Zənnimcə, Rusiya, Gürcüstan və İran klubları Azərbaycan komandaları ilə oynamaq istərdilər. Son illər biz Avropa turnirlərində tez-tez həm gürcü, həm də rus komandaları ilə görüşmüşük. Yarışlar yetərincə dinamik olmuşdur”,-deyə Məmmədov əminliklə bildirmişdir.

Baş katibin fikrincə, yığmaları Azərbaycanda keçirmək nəqliyyat xərcləri nöqteyi nəzərindən qonşularımız üçün də sərfəli olardı.

Voleybol

Ötən həftə Lüksemburqda Avropa liqası qadın voleybolu qrup mərhələsinin püşk atması olmuşdur. Azərbaycan yiğması “B” qrupuna düşmüşdür ki, burda onun rəqibləri Fransa, Çernoqoriya və İspaniya olacaq. Kvartet yarışları Çernoqoriya (3-5 iyun) və Fransada (10-12 iyun) keçəcək. Yarışın final raunduna (24-26 iyun) üç qrupun qalibləri və 2-ci yeri tutan komandalardan ən yaxşısı çıxacaq.

a58f00666639f66f7d3bb51c9795b220Əgər hazırda futbol premyer-liqasında qış fasiləsidirsə, voleybolçular artıq yanvardan oyunlara başlamışlar. Voleybol liqasının son turundan sonra “Azərreyl” 25 xalla liderdır. İkinci yerdə 23 xalla “Telekom” durur, üçlüyü isə 22 xalla “Lokomotiv” qapayır. Onların arasındaki fərq böyük deyil, odur ki, çempionatda qələbə uğrunda mübarizə hələ qarşıdadır.

Güləş

Bir çox Qafqaz ölkələrində olduğu kimi, Azərbaycanda da güləş fərdi təkbətək döyüşlər arasında ən populyar və sevılən idman növü olmuş və olaraq qalmaqdadır. Əgər azərbaycanlıların idmanın bu növünə “milli prizma” dan baxmalarını nəzərə alsaq isə, o, hələ uzun müddət, bəlkə də əbədi olaraq populyar (və medallar baxımından ən uğurlu) idman növü kimi qalacaq.
Azərbaycan güləşçiləri İranda keçən sərbəst və yunan-roma güləşi üzrə “Kubok Taxti” ənənəvi beynəlxalq turnirdə beş medal qazanmışlar. Onların aktivində bir qızıl və dörd bürünc medal vardır.

30

Azərbaycan güləşçilərinin həmçinin yanvarın 30-31-də Türkiyəyə yola düşəcəkləri gözlənir ki, onlar orda Behbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunmuş güləş üzrə 34-cü beynəlxalq turnirdə iştirak edəcəklər. Həmin turnirdə Azərbaycanı yunan-roma üslubu güləşçiləri Murad Bazarov, Kərim Cəfərov, Eldəniz Əzizli, Murad Məmmədov (hamısı — 59 kq), İslambek Dadov, Rövşən Tağıyev (hər ikisi — 66 kq), Emin Əhmədov (80kq), Sultan İsmaylov (85kq) Türmen Eyyubov, Orxan Nuriyev (hər ikisi — 98kq) və Oyan Nazariani (130 kq) kimi güləşcilər, hakım korpusunda isə Vaqif Zeynallı təmsil edəcəklər.

Dzüdo

Azərbaycanın idman həyatına yadda qalan yeniliklərdən biri beynəlxalq federasiyanın dərc etdiyi dzüdo reytinqdə iki azərbaycanlı idmancının öz çəki kateqoriyalarında birinci sətri tutmaları, daha iki dzüdoçunun isə ən güclülərin onluğuna düşmələri olmuşdur.

Азербайджан-претендует-на-проведение-чемпионата-мира-по-дзюдо
Reytinqə əsasən, yanvarda Azərbaycan yığmasının liderləri Elmar Qasımov (100 kq) və Rustəm Orucov (73 kq) bütün rəqiblərini geridə qoyaraq öz çəki kateqoriyalarında siyahının 4-cü, Nicat Şıxəlizadə isə (66 kq) 10-cu olmuşlar. Bizim yığmanın digər üzvlərinin göstəriciləri daha aşağıdır — İlqar Müşkiyev (60 kq) 20-ci, Tərlan Kərimov (66 kq) – 43-cü, Məmmədəli Mehdiyev 38-ci, Ramin Qurbanov — 48-ci (hər ikisi 90 kq), Elxan Məmmədov (100 kq) — 39-ci, Ayişə Qurbanlı (48 kq) — 56-ci və Kifayət Qasımova (57 kq)55 -ci.

Qeyd etmək lazımdır ki, idmançılar dzüdo olimpiya lisenziyalarını onlara verilən reytinqlər əsasında alırlar.

Boks

“Baku Fayrs” boksçuları Qazaxstanda 6-cı mövsüm Ümumdünya boks seriyasının start yarışında böyük məğlubiyyətə uğramışlar. Azərbaycandan olan kollektiv 1:4 hesabı ilə “Astana Arlans”a uduzmuşdur. “Baku Fayrs”ın tərkibində yeganə qələbəni Heybətulla Hacıəliyev (64 kq) qazanmışdır. Cavid Dadaşov (49 kq), Yaraş Məhəmmədov (56 kq), Badri Xardziani (75 kq) və Hacı Murtuzəliyev (91 kq) uduzmuşlar.

trend_parviz_bagirov_boks_260615_07

Bu turnirin ikinci turu fevralın 5-də olacaq ki, orda onlar öz rinqlərində Özbəkistandan olan “Özbək Tayqers” ilə görüşəcəklər. Və əgər qafqazlıların tac idman növü güləşdirsə, Mərkəzi Asiya xalqları üçün — boksdur. Hələ SSRİ dövründən belə olmuşdur, odur ki, bizim boksçuların Mərkəzi Asiya ölkələrindən olan rəqiblərilə təkbətək görüşləri ürəkaçan olmur.

Fevralın 26-da isə Moskva Lujnikində Azərbaycan boksçusunun rusiyalı ilə döyüşü keçəcək. Industrials və BK “Olimp” və BK komandasını təmsil edən rusiyalı boksçu İqor Yeqorov (10 qələbə, 5 məğlubiyyət) FIGHT NIGHTS GLOBAL 44 turniri çərçivəsində Azərbaycandan olan Nəriman Abbasova qarşı döyüş kontraktı imzalamışdır.

Şahmat

Veyk – an -Zeydə ənənəvı iri beynəlxalq Tata Steel Chess Masters 2016 turniri davam edir. 8-ci turda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov qara figurlarla amerikalı Uesli So ilə heç-heçə oynamişdır. Azərbaycan şahmatcisi 4 xalla 9-cu yeri tutaraq 1,5 xalla liderlik edən Maqnus Karlsendən (Norvegiya) geri qalır.

157676

Challengers turnirində Eltac SəfərliNicat Abasov öz rəqiblərilə heç-heçə oynamislar. Səfərli 6 xalla 2-ci, Abasov isə 3 xalla 13-cü yerdədir. Hər iki turnir 13 turdan ibarət olacaq və yanvarın 31-də başa çatacaq.

Gimnastika

Ötən həftə Lozonnadan yaxşı xəbər gəlmişdir. Bakı üç gimnastika növü üzrə Avropa 2018 çempionatını qəbul edəcək. Avropa birliyinin qimnastika üzrə İcra komitəsinin iclasında tramblinq, batutda və mini batutda tullanmaq üzrə Avropa 2018 çempionatını Bakıda keçirmək qərarı qəbul olunmuşdur.

big-image4
Azərbaycan gimnastlarının son ay ərzində nailiyyətlərinə gəlincə,“Mixail Voronin kuboku” idman gimnastikası üzrə Moskvada ənənəvi 22-cı beynəlxalq turnirdə Azərbaycan gimnastı Yuliya İnşina tir üzərində məşğələ üzrə 5-ci yeri tutmuşdur.

Nicat Hacıyev