Ankarada Esenboğa hava limanında “İslam dövləti”nə qoşulmaq istəyən bir azərbaycanlı saxlanılıb. Bu barədə “Anadolu” agentliyinə istinadən “Haqqin.az” xəbər verir.

Ankaranın terrorizmlə mübarizə üzrə polis idarəsinin əməkdaşları Azərbaycandan gələn sərnişinin İŞİD-ə qoşulmaq istəməsi ilə bağlı xəbəri aldıqdan dərhal sonra hərəkətə keçiblər.

49 yaşlı Bakir Əliyevin yükünü araşdıran zaman məlum olub ki, o özü ilə 17 gülləkeçirməz gödəkcə, iynələr, dərmanlar və müxtəlif tibbi ləvazimatları aparırmış.

Şübhəli şəxs saxlanılıb. Əliyevlə bağlı uyğun prosedurlar aparılandan sonra o ölkədən deportasiya ediləcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here