Azərbaycanda builki tətil mövsümünə yekun vurulur. Birmənalı şəkildə yerli turizm bazarı ilə öyünmək üçün xüsusi səbəb yoxdur. Bunun səbəblərini “Haqqin.az“a müsahibəsində Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov açıqlayıb.

Onun fikrincə, əsas problemlərdən biri odur ki, bir çox Azərbaycan biznesmenləri marketinq qaydalarını araşdırmadan dəbdəbəli mehmanxanalar arxasınca qaçırlar. İnsanların maliyyə gücünü nəzərə almırlar. Halbuki, orta təbəqəli insanlar əsas hədəf kütləsi olmalıdır.

Hətta kiçik mənada istirahət, məsələn, kafedə bir fincan qəhvə içmək belə, insana baha başa gəlir. Mütəxəssis bildirir ki, ölkə rəhbərliyinin ciddi tənqidindən sonra otellərin çoxu qiymətlərini 25 faiz aşağı salıb. Restoranlar isə əksinə, qiymətləri daha da qaldırıb.

“Daha absurd nüans isə ondandır ki, biznesmen təmtəraqlı mehmanxana tikir, amma mehmanxana personalının təlimi üçün pul xərcləmək istəmir”, – N. Bağırov deyir.

Bağırovun fikrincə, vəziyyəti yalnız qanunvericilik səviyyəsində düzəltmək olar: “Parlamentdə qanunun turizmi inkişaf etdirməsi üçün bu sferanın lobbistləri lazımdır”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here