Psixiatrlar və klinik psixoloqlar bildirirlər ki, koronavirusun peyda olması ilə insanlarda COVİD-19-a yoluxmaq qorxusu — kovidofobiya yaranmışdır. Küçəyə çıxmaq və infeksiyaya düçar olmaq qorxusu bütün dünyada sürətlə yayılır və artıq bir çox insanları tam surətdə özünə aludə etmişdir. Psixoloq İlahə Gülalıyeva Dalma Newsə verdiyi müsahibədə fobiyanı necə üzə çıxarmaq, nə vaxt həyəcan təbili çalmaq və Azərbaycanda fobiyanın necə müalicə edilməsi barədə söz açmışdır.

— Fobiyanın yeni növü ətrafında mübahisələr güclənir. Bəzi mütəxəssislər hesab edirlər ki, bu, uydurma diaqnozdur, digərləri isə bunun gerçək olduğunu və kovidofobiya xəstələrinin sayının durmadan artdığını iddia edirlər. Siz bu barədə nə düşünürsünüz?

— Əslində bu, yeni bir fenomen deyil. Yoluxucu xəstəliklərdən qorxan insanlar həmişə olmüşdur. Qeyd edim ki, bu, virusun yayılma səviyyəsindən, onun müxtəlifliyindən, iltihab və ağırlaşmalarından asılı deyil. Məsələn, hər mövsüm qrip, ARVI və s. xəstəliklərə yoluxmaq qorxusu güclənir.

Kovidofibiya — bu fobiyanın növlərindən biridir. Problem ondan ibarətdir ki, COVİD-19 ətrafındaki yeniliklər hər an KİV və sosial şəbəkələrdə sürətlə yayılır ki , bu da xüsusilə ən tez təəssüflənən, hər şeyi necə deyərlər,ürəyinə salıb narahatlıq keçirən insanların psixi durumlarını pisləşdirərək ağır depressiyaya gətirib çıxarır.

— Qorxu və fobiya arasındakı fərq nədədir?

— Fobiya irrasional, nəzarətsiz xarakter daşıyır. Adətən həmişə obyektiv izahatı olan qorxudan fərqli olaraq, fobiya xəyallara əsaslanır. Yəni insan təhlükəni olmayan yerdə görür. Məsələn, kəpənəklərdən qorxan insanlar var. Bəzilərində həşəratlarla qarşılaşdıqda narahatlıq –diskomfort müşayiət olunursa, digərlərində isə kəpənəklər sanki bu adamların həyatlarına real təhlükə yaratdıqları üçün daha güclü emosiyalar və panik hücumlara səbəb olur. Yəni, insan orqanizmi müvafiq olaraq təcrübə və həyəcanın gücünə reaksiya verir.

Elə kovidofobiya ilə də eynilə. Məsələn, küçəyə çıxmaq və ərzaq üçün mağazaya getmək ürək döyüntüsünün artmasına səbəb ola bilər, nəfəs alma çətinləşə bilər, bu stress vəziyyətə cavab olaraq qana adrenalin atılar. Belə reaksiya tez-tez evdə yaranır, halbuki, elə bir təhlükə yoxdur. İnsan beyni bəzən reallıq və təxəyyül arasındakı fərqi görmür, ona görə insana onun fobiyasının illüziya olduğunu izah etmək mümkün deyil, çünki beyin bunu real təhlükə kimi qəbul edir. Belə insanlar üçün mütəxəssislər aktiv təxəyyül metodundan istifadə edirlər ki, bu yetərincə effektiv işləyir və fobik reaksiyaları tənzimləməyə imkan verir.

— Belə fobiyaya kim məruz qala bilər?

— Fobiyalara cinsdən, yaşdan, sosial vəziyyətdən asılı olmayaraq tamamilə hamı məruz qala bilər. Bütün bunlar şəxsi xüsusiyyətlərdən asılıdır. İndi dünyada baş verənlərin hamısı emosional, həddindən artıq narahat və hypochondriaya meylli insanlara dözümlü insanlardan daha çox təsir göstərir. Onlar üçün istənilən dəyişiklik böyük stressə səbəb olur. Lakin qadınların daha ünsiyyətcil olduqlarını, cəmiyyətin onlara öz qorxularını açıq şəkildə ifadə etməyə imkan verdiyini nəzərə alsaq, statistikada qadınlar “liderlik” edəcəklər, çünki kişilər ictimai stereotiplərdən ötrü zəif cəhətləri daha çətin etiraf edirlər. Amma əslində, kişilər qadınlarla bərabər qorxu, təhlükə və həyəcan hiss edirlər.

Lakin karantinin böyük ailələrdə qadınların vəziyyətini mürəkkəbləşdirmə faktını da nəzərə almamaq olmaz. Mətbəx, təmizlik, uşaqların onlayn dərsləri, istirahət üçün vaxt olmaması, həyat yoldaşı ilə mübahisələr onların vəziyyətini pisləşdirir, infeksiya ilə yoluxma qorxusu isə onları tamamilə üzür.

Azərbaycanda cəmiyyət, kobud desək, iki düşərgəyə bölünüb – bəziləri virusun mövcudluğuna inanır və xəstələnməkdən qorxur, digərləri isə, bu faktı hər vəchlə inkar edirlər. Ailədə ər COVİD-19 – un dünya sui-qəsdi və feyk olmasına əmin olduğu halda, arvadının isə tam əksinə düşünüb infeksiya ilə üzləşməkdən son dərəcə qorxması səbəbindən ziddiyyət və fikir ayrılığı yaranır, Bununla əlaqədar qadın öz fobiyası haqqında ucadan danışmamaq barədə qərar qəbul edə bilər ki, bu da onun vəziyyətini pisləşdirə bilər, belə ki, qorxunun etirafı onun aradan qaldırılmasına doğru ilk addımdır.

lahə Gülalıyeva

— Fobiya zahirən özünü necə biruzə verir və peşəkar yardım üçün nə vaxt müraciət etmək lazımdır?

— Hər şey fobiyanın necə üzə çıxmasından, özünü necə göstərməsindən asılıdır. Başlanğıc üçün öz yaxınlarına diqqət göstərmək və onların davranışlarında və emosional fonda nəin dəyişdiyini müşahidə etmək kifayətdir. Adam xəstələnməkdən qorxursa, o, bu barədə danışır və eyni zamanda qeyri-adekvat hərəkətlər göstərmir və reallığı nəzərə almaqla ağlabatan qərarlar qəbul edirsə, bu normal bir davranışdır. Qorxu yeni reallıqlara tez uyğunlaşmağa kömək edən qoruyucu mexanizmdir. Ancaq öz qorxuunuzu ehtiyat və təmkinliklə, yəni ailənizə, dostlarınıza zərər yetirməməklə ifadə etmək lazımdır. Qohumlar, öz növbəsində, həyəcan keçirən yaxın bir insanı dəstəkləməlidirlər.

Fobiyanın ilk əlamətləri, insanı koronovirusa yoluxması haqqında obsesif sabit fikirlərin ziyarət etməsi və qalan hər şeyi başından çıxarması, yaxınları ilə ünsiyyətin pozulması (münaqişə və ya əksinə, özünə qapılma, təmaslardan qaçma), əllərini durmadan yuması, ətrafda nə varsa hamısını dezinfeksiya etmə və ya ətrafdaki əşyalara təmasdan ehtiyat etmədir. Qeyri-adekvat hərəkətlər bütün həyat boyu qala bilər, yəni karantin rejiminin aradan qaldırılmasından sonra problem heç bir yerə getməyəcəkdir. Bütün bunlar xronik depressiyaya səbəb ola bilər, ondan çıxmaq çətindir, buna görə də belə insanlar üçün vaxtında ixtisaslı peşəkar yardım lazımdır.

Yeri gəlmişkən, xəstəliklərin beynəlxalq təsnifatı var ki, orada kovidofobiya ayrıca bir xəstəlik kimi göstərilmir. Bəlkə də bu, fobiyanın yeni növünü araşdırmaq üçün lazım olan vaxt məsələsidir.

— Azərbaycan mütəxəssisləri fobiyanın müalicəsində hansı üsullardan istifadə edirlər?

— Ən təsirli və səmərəli üsul idrak-davranış psixoterapiyasıdır. Xəstə əvvəlcə fobiyanın necə ifadə olunduğunu anlamaq üçün diaqnoz qoyur və nəticələrə əsaslanaraq mütəxəssisin insanın vəziyyətini düzəldəcəyini anlamaq üçün diaqnostikadan keçir. Çox vaxt insanlar söz qorxudan gedəndə əslində öz fobilərini düzgün diaqnozlaşdırmırlar.

Peşəkar yardım ondan ibarətdir ki, mütəxəssis xəstəyə necə düşünməyi öyrətmir,bunun əvəzində xəstə ilə birlikdə onun təşviş və həyəcanlarının mənbəinin nədən ibarət olduğunu, bu qorxunun nə qədər bəraət qazandığını,yəni onun COVİD-19–a yoluxma və bu xəstəliyin onu öldürmə ehtimalının yüksək olma dərəcəsini birğə araşdırmaqdır. Beləliklə, insan həyata rasional şəkildə baxmağa və onun öz həyatının fəal subyekti olduğunu, qərar qəbul edə biləcəyini və öz seçiminə görə məsuliyyət daşıdığını anlamağa başlayır — küçəyə çıxmaq və ya özünütəcrid etmək.

— Karantini psixoloji cəhətdən çətin yaşayan oxuculara nə məsləhət verərdiniz?

— Böhran — öz həyatınızda nə baş verdiyini və bunun həyatımızda son böhran olmadığından nəyi dəyişmək lazım gəldiyini anlamaq üçün yaxşı səbəb olacaq. Dəyişən şərtlərdə uyğunlaşma bacarığı öyrənmək üçün vacib bir keyfiyyətdir. Böhran elə artım nöqtəsidir ki, belə dövrlərdə keyfiyyətli dəyişikliklər baş verir, ona görə də mənfi dəyişikliklərə diqqət yetirmək lazım deyil.

Həyata bu nöqteyi-nəzərdən baxılsa, o zaman karantin fəlakət kimi görünməyəcək və ayaq üstə durmaq daha asan olacaq. Çətin və həyacanlı anlarda duyğularınızı ifadə etməkdən qorxmayın. Mənfi hisslər içimizdə baş verən mühüm dəyişiklikləri danışmağa kömək edir. Özünüzə və vücudunuzun siqnallarına diqqət və ehtiyatla yanaşın , yaxşı düşüncələrə keçin və sonra hamımız karantindən psixikamız üçün ağrısız olaraq çıxa bilərik.

Iradə Imanova