Azərbaycan regionlarında avtomatlaşdırılmış yeni kitabxana sistemi (ALİSA proqramı) tətbiq olunması ilə əlaqədar Mədəniyyət və turizm nazirliyinin göstərişilə M.F.Axundzadə adına Milli kitabxanada 10 günlük treninq təşkil edilmişdir.

AZƏRTAC”ın verdiyi xəbərə görə, həmin treninq zamanı paytaxt Bakı da daxil olmaqla Azərbaycanın doqquz şəhərindən Mərkəzləşmiş kitabxana sistemi mütəxəssisləri MARC 21 formatında işi və ALİSA proqramını öyrənəcəklər.Treninqi Milli kitabxananın və ULTRA kompaniyasının mütəxəssisləri aparır.

Dinləyicilər bilavasitə Milli kitabxananın iş prosesi, yeni iş metodları, eləcə də yeni xidmətlərilə tanış olacaq və sonda onlara sersifikatlar veriləcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here