Yeni 2016-cı il artıq qədəm qoysa da, köhnə ilin problemləri heç yana getməmiş, əksinə daha da dərinləşməyə başlamışdır. 2015-ci il bütün dünyada olduğu kimi Azərbaycanda da xeyli siyasi, iqtisadi, eləcə də idman və mədəniyyət hadisələri ilə əlamətdar olmuşdur. Ancaq xalqın başını nə ilə qatırsan qat, fərqi yoxdur, iqtisadi məsələlər və problemlər həmişə ön planda qalır.

Əgər əksər azərbaycanlılardan 2015-ci ilin nə ilə yadda qaldığı soruşularsa, yəqin hamı cavab verər ki, enerji resurslarının qiymətinin aşağı düşməsi və milli valyutanın manatın dollara nisbətində demək olar ki, iki dəfə –1 dollar üçün 0,78-dən 1,55-ə düşməsi ilə nəticələnən iki devalvasiyası ilə.

Bütün bu hadisələr nəticəsində ilin əvvəli Azərbaycan əhalisi üçün böyuk psixoloji sarsıntılarla əlamətdar olmuşdur. Bir tərəfdən bütün məhsulların qiyməti 70%-dən də çox qalxmış, digər tərəfdən, demək olar ki, bütün sahələrdə kütləvi ixtisarlar başlamışdır. Bununla yanaşı, bir an içində işdən məhrum olan vətəndaşların üstəlik banklarda bəziləri dollarla götürülən ödənilməmiş kreditlərı də var.

Dövlət nə kimi tədbirlər görur?

İqtisadi böhran və enerji resurslarının qiymətinin asağı düşməsilə əlaqədar problemlərdən söz açan Azərbaycan prezidenti İlham Əliyev bildirmişdir ki, bütün problemlərə baxmayaraq, Azərbaycan öz iqtisadiyyatını möhkəmlətmiş, ümumi daxili məhsul 1%-dən də çox, sənaye istehsalı isə 2,4% artmışdır. “Qeyri neft sənayesi 8,4% çoxalmışdır. Bu, məni çox sevindirir, belə ki, son illər yalnız neft sektorunun deyil, qalan sahələrin də inkişafından xəbər verir. Mən məhz qeyri neft sektorungaki 8,4% artımı bizim ən başlıca nailiyyətimiz hesab edirəm”,- deyə o vurğulamışdır.

İlham Əliyev
İlham Əliyev

Prezident həmçinin xüsusilə kənd təsərrüfatı sahəsində eksport imkanlarını artırmağın vacibliyini qeyd etmişdir. “Bİz ənənə olaraq işlətdiyimiz satış bazarlarından əlavə yenilərini axtarıb tapmalıyıq. Bizim kənd təsərrüfatı məhsulları üçün əsas bazar Rusiyadır ki, orda bizim məhsullara tələbat davam edir.

Biz bu tələbatı təmin edib, Rusiya bazarına daha böyuk həcmli məhsulla çıxmalıyıq”,- deyə prezident əlavə etmişdir.

Prezident həmçinin bildirmişdir ki, sənaye istehsalı sahəsində də çox ciddi iş aparılmalı, texnoparklar, sənaye klasterləri yaradılmalıdır. “Bütün regionlarda sənaye zonaları yaradılmalıdır. Mən artıq bir neçə dəfədir ki, rayonlarda sənaye zonaları yaratmağa dair məsələ qaldırıram. Ancaq hazırda yalnız bircə layihə – Neftçala rayonunda pilot layihəsi həyata keçirilir. Bunlar nə üçün digər rayonlarda da realizə olunmur?”,- deyə İlham Əliyev soruşur.

Dövlət başçısı həmçinin bildirmişdir ki, bu il struktur islahatlar baş verəcək: “Buna ehtiyac var. Daha operativ və çevik idarə mexanizmi işlənib hazırlanmalıdır. Müəyyən strukturlar bəzi hallarda bir-birini təkrar edib eyni işi görürlər ki, bu da yolverilməzdir.”
Öz növbəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov düzgün və daha ciddi iqtisadiyyata keçmək haqqında elan etmişdir. Neftin qiymətlərinin düşməkdə davam etməsi, həmçinin Azərbaycan Mərkəzi bankının yeni kurs siyasətinə keçməsi 2016-cı ilin dövlət büdcəsinin proqnozlarına bir sıra dəyişikliklərın tətbiqini şərtləşdirir.

Samir Şərifov
Samir Şərifov

“Ölkə büdcəsilə müvafiq 2015-ci ildə bütün sosial öhdəçiliklər, əsas dövlət proqramları və prioritetli hesab olunan layihələr tam maliyələşdirilmişdi. Hesabat dövründə dövlət büdcəsinin gəlirləri nəzərdə tutulandan 2,3 milyard az (11,6%) olmuşdu. Gəlirlərin ixtisarının əsas səbəbi neftin dünya qiymətlərinin kəskin surətdə düşməsi idi. Bununla əlaqədar valyuta ehtiyatlarının qənaəti məqsədilə Neft fondundan dövlət büdcəsinə transfertlər azaldılmışdı. 2015-ci ildə neft sektorundan büdcəyə 6,95 milyard manat daxil olmuşdur ki, bu da nəzərdə tutulandan 200 mln. manat, 2014-cü illə müqaisədə isə 694 mln. manat (9,5%) çoxdur. Bütövlükdə, qeyri neft sektorunun vergi gəliri 40,5% təşkil etmişdir ki, bu, 2014-cü illə müqaisədə 6,5% çoxdur”,- deyə Şərifov bildirmişdir.

Nazir həmçinin bildirmişdir ki, manatın məzəndəsinin enməsi və ən zəruri malların qiymətinin yüksəlməsi ilə əlaqədar əhalinin daha imkansız qrupları üçün mümkün neqativ nəticələri neytrallaşdırmaq üzrə bir sıra tədbirlər keçirmək nəzərdə tutulur. “Bununla yanaşı, ölkə daxilində və xaricdə investisiya qoyuluşlarına xərcləri nəzərə almaqla mədaxil və məxariclərin balanslaşdırılmış smetasını hazırlamaq kimi məsələlər həll olunmalıdır ki, bu, 2016-ci il və sonraki üç ildə ciddi qənaət rejimi, maliyyə intizamının və dövlət vəsaitlərinin qənaətlə istifadəsi üçün qaydaların gücləndirilməsi, israfçılıq və qeyri-məqsədyönlü xərclərın qarşısını almaq, eləcə də dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, dövlət xüsusiyyətçiliyində olan sirkətlərin idarəsində islahatlar aparmaq, dövlət əmlakını özəlləşdirmə prosesinə əlavə stimul vermək, bank sisteminin əsaslı konsolidasiyası və sektora etimadın yüksəldilməsini təmin edər”,- deyə Şərifov qeyd etmişdir.

Bloomberq bizə inanır , biz isə özümüzə inanırıqmı?

Bu günlər Bloomberq agentliyi dünya iqtisadiyyatı reytinqini nəşr etmişdir. Agentliyin proqnozuna görə bir çox ölkələrdə Ümumi daxili məhsulun enməsi gözlənir. 2016-cı ildə artımın aşağı göstəricilərini hətta Yaponiya, Finlandiya, Xorvatiya və İsveçrə belə nümayiş etdirir. Reytinq agentliyin 2015-ci ilin oktyabrından dekabrınadək olan dövrdə, yəni Azərbaycanda artıq ikinci devalvasianın da baş verdiyi dövr apardığı analız əsasında tərtib olunmuşdur. Və budur, Bloomberq ekspertləri Azərbaycanı tədqiqatda əksini tapmış 93 dövlət arasında 54-cü yerə qoymuşlar. 2016-cı ildə Ümumi daxili məhsulun artımı isə 2,4% proqnozlaşdırılmışdır.

Maraqlıdır ki, yerli ekspertlər Bloomberqdən bədbin əhval-ruhiyyədədirlər. Bir çox Azərbaycan iqtisadi analitikləri hesab edirlər ki, əsaslı islahatlar, iqtisadiyyatın liberalizasiyası baş verməyincə önəmlı heç nəyə ümid etməyə dəyməz.
Hazırda Azərbaycan iqtisadiyyatında nə baş verməsindən danışan iqtisadiyyatçı Samir Əliyev bildirmişdir ki, başlıca problem ondan ibarətdir ki, dövlət iqtisadi böhrana o qədər də ciddi yanaşmır və hələ də enerji resurslarının qiymətinin qalxacağına inanır.

Samir Əliyev
Samir Əliyev

“2014-cü ilin yayından başlayaraq neftin qiymətləri düşməyə başlamışdı. Son zamanlar isə daha sürətlə enməyə başladı. Artıq bir il ötsə də dövlətin sistemli iqtisadi islahatlara rəvac verməsi hələ də görünmür. Fundamental sistemli dəyişikliklərə aid olmayan tədbirlər keçirilir”,- deyə ekspert Dalma Newsin müxbirilə söhbətində bildirmişdir.

İqtisadçının fikrincə, dövlət əvvəlcə devalvasiyadan sonra ortaya çıxan əsas problemləri müəyyənləşdirməli, sonra isə onların əsasında antikrizis proqramı formalaşdırmalıdır. “Proqram özündə idarəçilikdən struktur reformalarınadək olan islahatları əks etdirməlidir.

Bundan əlavə, büdcəni möhkəmləndirmək siyasəti aparılmalı və o yüngülləşdirilməlidir. Həmçinin kommunal sektorda islahatlar keçirmək lazımdır ki, bu sektorda maliyyə yardımlarını azaltmaq məqsədilə ora ozəl şirkəti cəlb etmək vacibdir. İnstitusial islahatlar aparmaq və bir-birini təkrar edən dövlət strukturlarını birləşdirmək lazımdır”,- deyə analitik vurğulamışdır.

S.Əliyev həmçinin əlavə etmişdir ki, bu islahatlarla əlaqədar işsizliyin səviyyəsi arta bilər, odur ki, əmək bazarının inkişaf proqramını qəbul etmək gərəkdir. “Ən başlıcası isə – orta və xırda sahibkarlığa maliyyə ayrılmalıdır. Bu proqram 3-5 il davam edə bilər. Lakin qısa müddətdə nəticə əldə etmək üçün qiymətlərin qalxmasının qarşısını iqtisadi yollarla almaq lazımdır. Bunun üçün isə dövlət gömrüyünü liberallaşdırmaq üzrə tədbirlər qəbul etmək gərəkdir : strateji məhsullara gömrük rüsumu azaldılmalı yaxud müəyyən müddətə tamam ləğv olunmalıdır. Həmçinin benzinin də qiyməti endirilməlidir”,- deyə o vurğuladı.

Bank sistemində nə baş verir və mübadilə məntəqələrı hanı?

Dalma Newsin Azərbaycanın bank sektorunda nə baş verdiyi, həmçinin son vaxtlar mübadilə məntəqələrinin nəyə görə bağlanmasına dair sualını cavablandıran iqtisadi analitik Fikrət Məmmədov bildirdi ki, ölkədə likvidlilik (satıb pula çevrilmə qabiliyyəti) böhranı başlayır. “Hələlik xarici valyutalar. Odur ki, sadəcə olaraq çox sayda mübadilə məntəqələri saxlamağın mənası yoxdur. Həm də pul mübadiləsi üçün əlavə imkanlar yaratmaq da məqsədyönlü deyil. Banklara gəlincə, onlara xeyli zərbə endirilmişdir: milli valyutanın böyük həcmdə kreditləşdirilməsi zamanı manatın devalvasiyası, problemli kreditlərin artmasına gətirib çıxaran kreditorların borcu ödəmə qabiliyyətinin enməsi, xaricdən götürmə imkanlarının olmaması – bu o reytinq deyil. Müvafiq olaraq problemlər davam edəcək və dərinləşəcək ki, bu da əlavə ixtisarlara gətirəcək”,- deyə analitik qeyd etmişdir.

Fikrət Məmmədov
Fikrət Məmmədov

Onun sözlərincə, iqtisadiyyatın neft yüksəlişi illərində banklar iqtisadiyyatın ləyaqətli nizamlanmasını təmin edə bilən mühüm oyunçu ola bilmədilər. “Onlardan yalnız bir neçəsini göstərmək olar ki, banka bənzəyə bilər. Qalanları ən çox mobil telefonlar almağı, çörəkxana və restoranlar tikməyi maliyələşdirməyə qabil lombardları xatırladır.
Bu gün hansısa əsl istehsalat yaxud texnoloji layihə ilə istənilən banka gəlin, orda sizə qoyun yeni darvazaya baxan kimi baxacaqlar. Çunki bu və digər layihənin perspektivliyini qiymətləndirməyə, onun risklərini, marketinq tərkibini və sairəni müəyyənləşdirməyə qabil mütəxəssislər yoxdur.

F. Məmmədov həmçinin əlavə etmişdir ki, bir neçə il əvvəl ekspert banklararası layihələri qiymətləndirmə bürosu yaratmağı təklif etmiş, ancaq təəssüf ki, bu ideya dəstək qazanmamışdır. “Hansısa təşkilat yaratmaq nəzərdə tutulurdu ki, o kommersiya əsasında layihələrın professional qiymətləndirilməsini təmin edərdi. Bu gün banklar və onların toksiki aktivləri üzrə yanaşsaq, bu gün borcları ödəməmək üzündən banklar tərəfindən istehsalat xətləri, yardımçı və istehsalat sahələri, eləcə də digər aktivlər müsadirə olunmuşdur ki, onlar hazırda nə banka, nə dövlətə, nə də özəl biznesə heç bir gəlir gətirmir.

Buna görə də biz böhran idarəçilik proqramı təklif etmişik ki, orda peşəkarlar qrupu aktivlərin qiymətini hazırlayır və onları düzgün idarə, fərasətli marketinq və satış hesabına müsbətə çıxarmaq məqsədilə idarəyə götürür. Təəssüf ki, banklar bu təklifə də məhəl qoymadı, çünki struktur daxilində heç kim məsuliyyəti öz üzərinə gütürmək istəmir. Odur ki, çoxları belə tədriclə, ancaq sədaqətlə öləcəklər. Vəziyyəti ucuz və uzun pulları iqtisadiyyata, istehsalat və inkişafa qoymaq hesabına xilas etmək mümkündür. Hökumətin hansı yolu seçəcəyini zaman göstərər”,- deyə iqtisadçı sözünü yekunlaşdırdı.

MB siyasəti və mümkun defisit haqqında

İqtisadçı Əkrəm Həsənov Dalma News üçün Mərkəzi bankın siyasətini sərh edərkən bildirmişdir ki, MB son dərəcə qeyri-professional siyasət aparmışdır. “Devalvasiyanı xeyli əvvəl etmək lazım idi. Ümumiyyətlə manatın kursunu 10 ildən artıq zorla saxlamaq lazım deyildi. Bunun üçün heç xususi ağıl da lazım deyildi. Neft dollarları hesabına manatın sabit kursunu saxlamaq ağılsızlıqdır. Əslində normal bank sistemi yaratmaq, bankları ucuz kreditlərlə təmin etmək, manatın məzəndəsini bazara uyğunlaşdırmaq lazım idi.

Əkrəm Həsənov
Əkrəm Həsənov

Bunun əvəzinə lazımi risk-menecmentsiz, korporativ idarəsiz, daxili nəzarətsiz eybəcər bank sistemi yaradılmış və nəticədə bankar problemli kreditlərdə batırlar. Banklar manat kreditləri ilə təmin olunmamiş və xaricdə dollarla kreditkəşirmiş özləri də dollarla kredit verirlərmiş, nəticədə – bizdə bu günədək görünməmiş, o cümlədən kreditlə dollarizasiya baş vermişdir ki, bu da problemli aktivlərin artmasına səbəb olmuşdur. İctimaiyyət manatın sabit kursuna alişmişdı, odur ki, düşunmədən dollarla kredit götürmüşdü. Nəticə isə acınacaqlıdır!”,- deyə Həsənov vurğulamışdır.

Azərbaycanda qiymətlərin qalxmasını şərh edən ekspert bildirdi ki, hökumət qiymətlərin artması ilə mübarızə aparır, ancaq bunu əsas etibarilə inzibati metodlarla edir ki, bu da hər şeydən əvvəl mal defisitinə gətirib çıxarar.

“Daha doğrusu, real uğur olmayacaq. Hökumət monopoliyalarla mübarizə elan etmiş, ancaq hələlik bunun nəticəsi görünmür. Yəqin tezliklə olacaq, hələlik gözləyirik. Hökumət sahibkarlığın inkişafı və müdafiəsi üçün şərait yaratmağa cəhd göstərir. Əlbəttə, çox gecdir, ancaq hər halda necə deyərlər, heç vaxt olmamaqdansa, qec olmaq daha yaxşıdır. Çünki sahibkarlıqsız neft sektoru və deməli, normal iqtisadiyyat da olmayacaq. Zənnimcə, bütövlükdə daha çox və sistemli iş görmək lazımdır”,- deyə sözünə yekun vuran Həsənov əlavə etdi ki, Azərbaycan iqtisadiyyatı neft qiymətlərinin daha çox düşməsinə tab gətirməz.

Nicat Hacıyev