Bu yaxınlarda Rusiya XİN Azərbaycanı Rusiyanın erməni mənşəli vətəndaşlarına qarşı ayrı-seçkilikdə (diskriminasiyada) ittiham etmişdir. Müvafiq bəyanat Rusiya xarici siyasət idarəsinin rəsmi saytında dərc olunmuşdur.

Azərbaycan xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Hikmət Hacıyev Rusiya XİN-nin bəyanatına cavab vemişdir.

Bu məsələ həm Rusiya, həm də Azərbaycan KİV-də böyük əks-səda doğurmuş və onun Rusiya ilə Azərbaycanın ikitərəfli münasibətlərinə necə təsir göstərə biləcəyinə dair sual yaratmışdır. Azərbaycan xəbərlərnin (Новости-Азербайджан) baş direktoru Gülnarə Məmmədzadə və politoloq İlqar Vəlizadə Dalma Newslə müsahibədə bu barədəki fikirlərini bölüşmşlər.

RF XİN Azərbaycanın Rusiyanın erməni soyadlı vətəndaşlarına qarşı ayrı-seçkiliyi barədə bəyan etmişdir. Siz bunu necə səciyyələndirərdiniz və bu nədən xəbər verə bilər?

G.М. Əgər hər iki tərəf (Azərbaycan və Ermənistan) münaqişə vəziyyətindədirlərsə və bu cür səfərlərin iki xalqın münasibətlərindəki onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirməyə qadir təxribat xarakterli məqamları istisna olunmursa, hansı ayrı-seçkilikdən söz gedir? Bundan başqa, Rusiya-azərbaycan münasibətləri formatında arzuedilməz aksentlərin yaranmasına səbəb olmaq. Məgər Azərbaycan əsilli Rusiya vətəndaşları bu biri tərəfin reaksiyasını bilə-bilə Ermənistana səfərə təkidli cəhdlər göstərirlərmi? Belə hallar beynəlxalq formatlı tədbirlərdə əvvəlcədən razılaşdırılmış iştirak məsələləri istisna olmaqla demək olar ki, müşahidə olunmur. Əks təqdirdə, nəticəsi, yəqin ki, elə o cür olardı, amma, biz RF XİN-nin Ermənistanın ünvanına analoji bəyanatlarını çətin ki, eşidərdik.

Гюльнара Мамедзаде
Гюльнара Мамедзаде

İ.V. Azərbaycanda erməni soyadlı şəxslərin ölkəyə daxil olmasına məhdudiyyət təcrübəsi iyirmi ildən artıq bir müddətdə həyata keçirilir və əvvəllər Rusiya tərəfindən buna anlaşıqla yanaşılırdı, ancaq məsələni nə üçün məhz indi qaldırmağın lazım gəldiyi sona qədər aydın deyil. Görünür, Rusiya tərəfi ilk növbədə özünün bu qədər uzun müddətli sükutunu izah etməli idi. Ancaq bütün bu illər ərzindki sükutun səbəbini isə başa düşmək lazımdır, Moskva vəziyyətin spesifikliyini dərk edir və Azərbaycan tərəfinin Ermənistanla münaqişə şəraitində, ermənilər tərəfindən qovulmuş bir milyon qaçqın və məcburi köçkünün mövcudlyyəti halında Bakının öz ərazisində erməni millətindən olan Rusiya vətəndaşlarının təhlükəsizliyi tam təmin edə bilməyəcəyinə dair dəlilləri ilə razılaşırdı.

Bu məsələnin RF XİN-nin bəyanatında üzərindən sükutla keçilən başqa bir xüsusiyyəti də var: son onilliklər ərzində on minlərlə erməni hər il Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ regionundan Rusiyaya mühacirət etmiş, orada məskən salıb, ailə qurmuşlar. Lakin bununla belə, bir çoxları Ermənistan vətəndaşları kimi qalmaqda davam edir. Bu gün həmin köçkünlərin uşaqlarının artıq öz ailələri var və Rusiya vətəndaşlığının mövcudluğuna baxmayaraq, onlar Ermənistan vətəndaşlığını da saxlayır və ya Ermənistanla sıx əlaqələri davam etdirirlər. Bakı bu insanları artıq elə onların təhlükəsizliyi naminə öz ərazisinə buraxa bilməz. Moskvada bunu da çox gözəl başa düşürlər. Həmin addım həyata keçirilərkən hər iki tərəfin hansı risklərlə üzləşə bilinəcəyini təsəvvür etmək çətin deyil. Əlbəttə, RF XİN-nin bəyanatı ən azı səriştəsiz və məntiqsiz kimi şərh oluna bilər, intəhası, onun Bakının Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyinə təzyiq göstərmək və ya İrəvanın rəğbətini qazanmaq üçün edildiyini düşünmək istəməzdim.

Ola bilərmi ki, bu məsələ və onunla bağlı inkişaflar (təşrif və təşviqlər) Rusiya ilə Azərbaycan arasında əlaqələrin pisləşməsinə gətirib çıxarsın?

G.М. Hazırki mərhələdə Rusiya ilə Azərbaycan arasındaki münasibətlər ayrı-ayrı bəyanatların onlara ciddi zərər vura bilməsi üçün kifayət qədər davamlı və dayanıqlı təməl üzərində qurulubdur. Amma əgər ölkənin ali rəhbərliyi bu və ya digər qurumların, məmurların işini, yaxud dövlətin baza maraqlarına heç də həmişə cavab verməyən bu və ya digər siyasi və etnosiyasi qrupların fəaliyyətini tənzimləməsə, bu, region üçün ciddi məyusluq və ümidsizliklə müşaiyət olunan arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

İ.V. Təbii ki, Bakı heç bir şəraitdə Rusiya tərəfinin bu formada ifadə olunan tələblərini yerinə yetirə bilməz və bu məsələdə Moskvanın əzm və inadkarlığı ikitərəfli münasibətlərimizin doğrudan da xeyli dərəcədə soyumasına səbəb ola bilər. İntəhası, mən işin bu dərəcəyə catacağını düşünmürəm və güman edirəm ki, rasional düşüncə emosional məqamlar üzərində üstünlük təşkil edəcək.

Ильгар Велизаде
Ильгар Велизаде

Digər ölkələrin erməni soyadları daşıyan vətəndaşlarını öz ərazisinə buraxmağa etirazı Azərbaycanın imicinə necə təsir edir? Üstəlik Ermənistanda bu cür qadağanın olmaması fonunda?

G.М. Mən artıq cavab verdim: digər ölkələrdən, o cümlədən Rusiyadan olan azərbaycanlılar, bir qayda olaraq, Ermənistana səfər etmək niyyət və təşəbbüsləri göstərmirlər.

Əlbəttə, hər iki tərəfdən sağlam düşüncəli insanlar dinc-yanaşı yaşamaq, mehriban qonşuluq münasibətlərinin bərpasına şüurlu yanaşırlar. Və bir zaman bunun mümkün olduğunu xatırlayanlar uzun müddətli perspektivdə olsa belə, sülhə nail olunacağına ümid bəsləyirlər.

İ.V. Heç cür təsir göstərmir. İndiyə qədər heç bir elə hal olmamışdır ki, hansısa ölkələrdən biri bununla əlaqədar Bakıya öz etiraz və iddialarını irəli sürmüş olsun. Hamı münaqişənin reallıqlarını başa düşür və bu məsələni Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli çərçivəsində öz həllini gözləyən digər münaqişə mövzuları və məsələləri ilə əlaqələndirirlər.

Bu məsələdə Azərbaycandan mövqeyinin dəyişməsini və Qarabağ münaqişəsinin nizamlanmasına qədər Rusiya və ya başqa ölkələrdən erməni soyadları daşıyan vətəndaşların ölkəyə səfərlərinə icazə verəcəyini gözləmək olarmı?

G.М. Biz hamımız sizin dediyiniz kimi, Azərbaycanın mövqeyinin dəyişə biləcəyini başa düşürük: Azərbaycanın mövqeyi Ermənistanın özgə ərazilərinin tutulması üzrə mövqeyinin dəyişməsi baş verən zaman dəyişəcək. Nə qədər ki, münaqişə həll olunmayıb, ermənilərin və azərbaycanlıların digər tərəfin ərazisində olmaları ilə bağlı risklər qalmaqdadır.

Hərçənd, Azərbaycanda indinin özündə də xeyli qarışıq azərbaycan-erməni ailələri qalıb və ölkəmizdə fəaliyyət göstərən və özlərini çox yaxşı hiss edən erməni millətinə məxsus şəxslərin olmasına dair səbatlı məlumatlar çoxdur. Azərbaycana müxtəlif ölkələrindən səfərləri gözlənilən və təhlükəsizlik baxımından təmin olunan ermənilər dəfələrlə gəlmişlər.

İ.V. Bu suala yalnız zaman cavab verə bilər. Əlbəttə, Dağlıq Qarabağ ətrafındaki vəziyyətin çözümü və Ermənistanın deblokadası halında bu məsələ də həll oluna bilər. O vaxta qədər isə, yəqin, hər şey dəyişməz olaraq qalacaqdır.

Söhbəti Аnar Hüseynov aparmışdır