Böhran və enerji ehtiyatlarının qiymətdən düşməsi Azərbaycanın iqtisadi sabitliyinə ciddi təsir göstərmişdir ki, bu, ölkə rəhbərliyini iqtisadi inkişaf yolunda öz baxışlarını yenidən nəzərdən keçirməyə vadar etmişdir.

Hər bir ölkə xarici valyutaya ehtiyac duyur. Azərbaycanın gəlirlərinin 95% karbohidrogenlərin hesabına daxil olurdu və məlum səbəblərə görə, indi onlar kəskin surətdə azalmışdır. Ölkə hakimiyyəti getdikcə daha və daha çox turizmin inkişafı, ölkəyə investorların cəlb edilməsi, xarici bazarlar üçün rəqabət qabiliyyətli yerli məhsulların istehsalı və sair haqqında danışmağa başlamışdır.

Turizmin inkişafı

Son vaxtlar Azərbaycanda müzakirə olunan mövzulardan biri “Azərbaycan Hava yolları”nın (AZAL) yeni ticarət markası AZALJET altında aviadaşıyıcının aşağıbüdcəli istiqamətlərini kəsb edən öz lоuкоstеrinin yaradılması haqqında qərar olmuşdur. AZALJET uçuşları 2016-cı il martın 28-dən həyata keçirməyə başlayacaq.
Qlobal iqtisadi böhran və bir çox turistlərin aviabiletlərin bahalığı ucundan çox vaxt bu və ya digər ölkəyə səyahətdən imtina etdikləri şəraitində AZALın qərarı turistləri Azərbaycana cəlb etmək vəzifəsini bir çox cəhətdən asanlaşdıra bilər.
Qeyd etmək vacibdir ki, loukoster-şirkətlər tədricən klassik aviaşirkətləri bazardan sıxışdıraraq daha böyük populyarlıq qazanırlar.

Bununla yanaşı, belə bir məlumat daxil olmuşdur ki, Türkiyə loukosteri Pegasus Qəbələ kurort şəhərindən bütün əsas Avropa istiqamətlərinə aviareyslər həyata keçirilməsinə başlayacaq. Biletlərin qiyməti loukosterə müvafiq olaraq adi sıravi vətəndaşa tamamilə əlçatan olacaq.

Qəbələ təsadüfən seçilməyib. Əvvəla, bu, xarici turistlərin gözəl dağ təbiətilə yanaşı, müvafiq turizm infrastrukturuna malik kurort şəhərinə axınını artırmaq imkanı verəcək. İkincisi, şəhər paytaxtdan iki saatlıq məsafədə yerləşdiyindən bu aviaşirkətin xidmətlərindən istifadə etmək qərarına gəlmiş turistlərə ölkə daxilində də bir gədər pul xərcləmək lazım gələcək.

Azərbaycan prezidenti İlham Əliyev eyni zamanda, “Azərbaycanın Miqrasiya kodeksində dəyişikliklər etmək haqqında” qanunun tətbiqinə dair sərəncam imzalamışdır. Qanuna əsasən, Azərbaycana səfər etmək niyyətində olan əcnəbilər beş gün ərzində elektron turist vizası əldə edə biləcəklər ki, əvvəllər bu müddət 10 gün təşkil edirdi.

Bütün bu qərarlar Azərbaycan rəhbərliyinin hər vəchlə ölkəyə turistləri cəlb etməyə çalışdığını əyani şəkildə nümayiş etdirir. Və bunu layiqincə qiymətləndirmək lazımdır, belə ki, onun səylərinin artıq bu gün öz bəhrəsini verməsinin şahidi oluruq: müşahidə edirik ki, doğrudur, hələlik əsasən daha çox Fars körfəzi ölkələrindən olan turisltər görünməyə başlasalar da, hər halda şəhərdə canlanma müşahidə olunmagdadır.

Sahibkarlığın təşviqi

Sahibkarlığın təşviqi, eləcə də ölkədə inhisarçılığın azalması üçün ölkə rəhbərliyinin atdığı digər mühüm addım hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən ölkəyə gətirilən texnika, texnoloji avadanlıq və qurğuların gömrük rüsumu və ƏDV–nin (Əlavə dəyər vergisi) ödənilməsindən azad edilməsini nəzərdə tutan “Gömrük tarifi haqqında” qanuna düzəliş oldu. Qanuna əsasən, indi İqtisadiyyat nazirliyində investisiya təşviqi haqqında sənəd almış sahibkarlar verilən gömrük güzəştlərindən yararlana biləcəklər. Sahibkarlar lazımi sənədi aldığı andan yeddi il müddətinə gömrük rüsumu və ƏDV ödəməkdən azad olunacaq. İqtisadiyyat nazirliyindən sənədlərin alınma prosesinin nə qədər şəffaf olacağı isə, başqa bir məsələdir. Bununla belə, həmin qərar texnikanın idxalını stimullaşdıracaq ki, bu da iqtisadiyyat qanunlarına görə, öz növbəsində sahibkarlıq mühitində rəqabətin güclənməsinə və texnikanın qiymətlərinin aşağı düşməsinə gətirib çıxarmalıdır.
Bu qanunun qəbulu zəruri idi. Çünki bazarın inhisara alınması üzündən Azərbaycana elektrotexnika gətirilməsi son dərəcə çətinləşmişdi, indi isə bazarda qiymətlərin aşağı düşməsi gözlənilir.

Prezident İlham Əliyevin iqtisadi islahatlarla bağlı yaddaqalan bəyanatlarından biri eksportçu iş adamlarına köməyə dair dediyi sözlər olmuşdur. Prezidentin sözlərinə əsasən, tezliklə ölkəmizdə Azərbaycan məhsullarının eksportçularına mükafat sistemi tətbiq ediləcək.

Bizim əsas valyuta mənbəyi – neft və qaz azaldığından məhsulları xaricə satan sahibkar ölkəmizə valyuta gəlməsi naminə daha həvəslə çalışmaq, daha keyfiyyətli məhsullar istehsal etmək üçün dövlətdən vəsait alacaq. Ona görə də biz ölkəmizə qeyri-neft sektorunun hesabına valyuta axınını təmin etməliyik və burada birinci yerdə, əlbəttə ki, kənd təsərrüfatı durur “, – deyə dövlət başçısı bildirib.

Ekspertlər nə düşünürlər

Yuxarıda qeyd olunan islahatları şərh edən iqtisadi ekspert Fuad Əlizadə Dalma News ilə söhbətində qeyd edib ki, manatın birinci devalvasiyasından düz bir il ötmüş və indi artıq ilkin nəticələri müşahidə etmək mümkündür.

Fuad Əlizadə
Fuad Əlizadə

“Heç kəs qabaqcadan neftin qiymətinin bu cür kəskin surətdə düşəcəyini görə bilməzdi. Hökumət daha qənaətcil olmuşdur. Təkcə ARDNŞ layihəsinin məhdudlaşmasını qeyd etmək kifayətdir. Ümumiyyətlə, islahatlar çətinliklə gedir, , çünki qeyri-neft sektorunun inkişafı üzrə qüsurların yerini doldurmaq o qədər də asan deyil. Azərbaycan məhsullarının Rusiya bazarına çıxışı çox çətindir, lakin eyni zamanda nəinki “Şərq-Qərb”, həm də “Şimal-Cənub” nəqliyyat layihələri kifayət qədər uğurla icra olunur”,- deyə ekspert qeyd edib.

İqtisadçının sözlərinə görə, azbüdcəli aviaşirkətin yaradılma qərarı turizm sahəsinin inkişafına müsbət təsir göstərər və aviabiletlərin qiymətinin həqiqətən də aşağı olması halında turistlərin ölkəyə axınının real artımına nail olmaq şansı yaranar. “Təkcə bölgələrdə necə deyərlər, hostelləri (qondarma pansiyonları) sahmana salmaq, eləcə də qidalanma qiymətlərini aşağı səviyyədə saxlamaq qalır. Yəni, aydındır ki, əcnəbilər üçün qiymətlər dollarla daha əlçatan olur”, — deyə o bildirib.

Ekspertin fikrincə, texnika idxalçıları üçün vergi güzəştlərinə dair qərar çox gecikmişdir.

“Azad iqtisadi zonaların yaradılması ilə bağlı bu layihələr, habelə təkliflər, Azərbaycan hökuməti tərəfindən hələ on il bundan əvvəl nəzərdən keçirilmişdir. Ancaq böhran daha fəal hərəkətlərə keçməyə məcbur etmişdir”

Bəlkə də , sahibkarlardan vergitutmanın geri götürülməsi müvəqqəti tədbirdir, – deyə cənab Əlizadə güman edir. “Hamını vergilərdən azad etmək olmaz, əks təqdirdə dövlət maliyyə vəsaitlərindən məhrum olacaq. Yəni, taktiki baxımdan, bu, ola bilsin ki, düzgün addımdır, intəhası, mən hesab edirəm ki, güzəştlərdən yan keçmək, ilk növbədə kənd təsərrüfatında vergilərdən tam azad olmaqdan imtina etmək lazımdır. Real mənzərəni bilmək üçün heç olmasa rəmzi 1% -i saxlamaq olardı, indi isə kənd təsərrüfatı ilə bağlı sahibkarlıq vergitutmadan məhrum edilmişdir”, — deyə analitik sözünü yekunlaşdırdı .

Dövlət büdcəsinin yeniləşmiş rəqəmləri

Fevral ayında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun qəbul edilmşdir. 2016-cı il üçün dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat , xərcləri isə 18 milyard 495 milyon manat (1 dollar — 1.56 manat) səviyyəsində nəzərdə tutulur.

2016cı il dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri təsdiq edilmiş proqnozla müqayisədə 15,5% çoxdur. 2016-cı il dövlət büdcəsinin dəqiqləşdirilmiş xərcləri artıq təsdiq olunmuş proqnozdan 13,7% artıqdır. Dəqiqləşdirilmiş 2016-cı il dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 milyard 673 milyon manat təşkil edir. Yenilənmiş dövlət büdcəsi layihəsində xam neftin qiyməti iki dəfə ixtisar edilib, 25 dollar/barel səviyyəsində qoyulub.

Ümumi büdcə gəlirləri 15 738,6 milyon manat səviyyəsində nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcə ilə müqayisədə 5,9% azdır. Azalma əsasən Dövlət Neft fondunun gəlirlərinin 3 milyard 230,3 milyon manat azalması hesabına bir barrel xam neftin qiyməti dəqiqləşdirilmiş ümumi büdcədə təsdiq edilmiş proqnozla müqayisədə 2 dəfə az olma nəticəsində baş vermişdir.

Təsdiq olunmuş büdcə ilə müqayisədə ümumi büdcə xərclərini 23,1%, 24 milyard 566,6 milyon manatadək artırmaq nəzərdə tutulur. Yenidən baxılma ilə icmal büdcənin kəsiri 8 milyard 828 milyon manat, ARDNF –nun gəlirləri nəzərə alınmadan isə icmal büdcənin kəsiri 12 mlrd 309,3 milyon manat təşkil edəcək.

2016-cı il dövlət büdcəsinin təsdiq edilmiş versiyasında gəlirlər 14,566 milyard manat, xərclər isə — 16,264 mlrd manat səviyyəsində nəzərdə tutulurdu. Maliyyə naziri Samir Şərifov bu il yanvarın 28-də bəyan edib ki, cari ilin dövlət büdcəsinə yenidən baxılmış, , həm gəlir, həm də xərc hissəsi 2 milyard manat genişləndirilmişdir.

Azərbaycan 2016-cı ilin yanvarında 68 356,38 min dollar məbləğində ərzaq malları idxal etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,44% azdır. Bu isə onu göstərir ki, Azərbaycan tədricən bir neçə dəfə ucuz olan yerli məhsullara keçməyə başlamışdır. Hesabat ilində ət idxalı 21,93% azalıb 1 535,91 min dollara çatmışdır, süd 23,3% — 452,18 min dollar, kərə yağı 53,83%— 1 228,03 min dollar, buğda — 63,15% —9 235,2 mln dollar təşkil etmişdir.

Həmin bu dövrdə şəkərin idxalı 70,63% artaraq 8 984,09 milyon dollar, meyvə və tərəvəz idxalı isə 2,4 dəfə artaraq 12 410,71 min dollar təşkil etmişdir.

Komitənin məlumatına görə ölkə üzrə ümumi idxalın həcmi 442 808,17 min dollar təşkil edib ki, onlardan 15,44% ərzaq mallarının payına düşür, bu isə ötən ilin eyni dövründəkindən 2,52 faizlik bəndlə çoxdur.

Nicat Hacıyev