Azərbaycanın dövlət büdcəsinin əsasını neft sektorundan gələn gəlirlər təşkil edir. Qeyri-neft sektoruna yatırımların az olması, təbii şərait imkan verdiyi halda, alternativ enerjiyə istiqamətlənmənin zəifliyi paralel olaraq müzakirə mövzularındandır. Xüsusilə, alternativ enerji daha çox maliyyə tələb edən, amma bir o qədər büdcəyə çox qənaət etdirən sahələrdəndir.

Qeyd edək ki, son dövrlərdə Azərbaycan bu istiqamətdə bir sıra işlərə imza atıb. Məsələn, bu ilin sonunadək Azərbaycanda bərpa olunan enerji sahəsində iki layihənin texniki-iqtisadi əsaslandırılması üzərində işlər başa çatacaq.

Bu barədə Trend-ə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliynin direktor müavini Cəmil Məlikov deyib.

C.Məlikov qeyd edib ki, hər iki layihə ilə bağlı işlər qrafik üzrə gedir: “Texniki-iqtisadi əsaslandırma çərçivəsində bu layihələrin reallaşdırılması üçün lazım olacaq avadanlıq və resursları müəyyənləşdirəcəyik. Bu mərhələdə layihələrin reallaşdırılmasının iqtisadi məqsədəuyğunluğunu təyin edəcəyik”.

O, əlavə edib ki, bu mərhələnin yekunlarına əsasən layihələrin dəyəri, külək parkı və elektrik stansiyalarının istehsal gücləri müəyyənləşdiriləcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here