Dekabrın 4-də Yerevanda Ermənistan və Rusiya ekspertlərinin iştirakilə “Zaqafqaziyanın Avroasiya yolu: inkişaf naminə interqasiya” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Tədbirin dəvət almış ən əsas qonağı Siyasi informasiya mərkəzinin baş direktoru Aleksey Muxin olmuşdur ki, o, ekspert işləri və özünün “Avroasiya inteqrasiyasının özünü doğrultması” kitabının tədqimati arasında EADaily-nin müxbiri ilə Ermənistanın Avroasiya inteqrasiyasının və bütövlükdə layihənin gələcəyini müzakirə etməyə imkan taparaq bir çox aktual məsələlərə toxunmuşdur. Aşağıda musahibənin tam mətnini təqdim edirik.

Açıq və merkantil bir sual: qısaca olaraq qısamüddətli və ortamüddətli perspektivlərdə Ermənistanın Avroasiya birliyində iştirakı ona hansı dividentləri vəd edir?

Qısamüddətli perspektivlərə gəlincə, nəzərəçarpan dividentlər olmayacaq. Orda hər bir üzv öz yerini axtarır: özünün qazana biləcəyi üstünlüyü tapmaqa çalışır, bunları əldə etmək barədə AAİB-nin digər iştirakçıları ilə sövdələşir. Hər bir üzvün azadlığı, digərinin azadlığının başladığı yerdə gurtarır. Və bu istisnasız olaraq hamıya, o cümlədən Rusiyaya da aiddir. Qeyd etmək lazımdır ki, sonuncunun rolu nəsə rəhbərçilik və istiqamətləndirici səciyyə daşımır. Hazırki mərhələdə Rusiya əsasən hərbi planda sabitlik qarantıdır. Gələcəkdə Belorusiya, Ermənistan və AAİB-nin digər ölkələrinin Silahli qüvvələrinin inkişaf dərəcəsinə görə bu qeyri-rəsmi status həmçinin ləğv olunacaq.

Beləliklə, suala qayıdaraq demək lazımdır ki, qısamüddətli perspektivdə dönüş gözləməyə dəyməz, AAİB üzv-ölkələrinin sosial profilin keyfiyyətcə yeni səviyyəsinə keçidi olmayacaq, çünki hazırda biz avtoqurma mərhələsindəyik. Bu təbiidir. Ancaq ortamüddətli perspektivdən danışmalı olsaq, burda vəziyyət sürətlə dəyişir-biz Ermənistan və birliyin digər üzv-ölkələrinin yeni səviyyəyə məhz belə keçidinin şahidi olarıq. Bir baxın, Ermənistanın AAİB-nə daxil olması ilə onun qarşısında böyük, ən azı üç yüz milyonluq bazar açılmalıdır və o açılmış, öz qapılarını taybatay qoymuşdur. Bu bazar məkanını oyrənib mənimsəmək üçün vaxt lazımdır, axı sehrli çubuğun bircə hərəkətılə, daha doğrusu, bur an içində heç nə yaratmaq olmaz. Ancaq proses başlamışdır, bu gün artıq Rusiya istehlakçısına tanış olmayan Ermənistan məhsullarının özu də təkcə Moskvada deyil, ümumiyyətlə Rusiya mağazalarının piştaxtalarına çıxmasının şahidi oluruq. Bu, böyük yolun yalnız başlanğıcıdır, üst qata çıxan ilk cücərtilərdir ki, daha çox boy qaldırmağa can atırlar.

Bundan əlavə, Rusiyanın Avropa, yaxın zamanlardan isə Türkiyə mallarına embarqo siyasəti Ermənistandan olan elə həmin mallara müstəsna məziyyət yaratmış olur. Başlıcası, bu məqamdan istifadə edərək şansı əldən verməməkdir. Onu da deyim ki, Qərbin bizə sanksiyalı təzyiqi elə həmin Rusiyanı ona doğurdan da dost ölkələrin istək və arzularına diqqətlə yanaşmağa sövq edir ki, bu mənada sanksiyalar hardasa müsbət rol oynayır.

Bir qədər uzaq gələcəyə nəzər salsaq və uzunmuddətli perspektivdən danışsaq, burda söz əlbəttə ki, vahid milli təhlükəsızlik sistemı yaratmağın labüdlüyündən gedəcək. Bu keçici deyil və burda, hətta iqtisadı üstünlüklər ikinci plana keçir. Bundan başqa, yəqin ki, müəyyən maliyyə sistemi yaradılacaq ki, o bizə partnyor-ölkələrin malların qiymətlərini dolamasından qaçılma imkanı verəcək. Hazırda belə qiymət dolaması vardır, çünki bız ticarətlə məşğuluq, əvvəlcə malin dəyərini dollara keçirir, sövdələşir, bütün bunları hər birimiz yenidən milli valyutaya çeviririk və s. Ümumi elektron hesablamalar sisteminin tətbiqi (bu isə texniki variantda müzakirə olunur) milli valyutalar üçün də daxil olmaqla bütün vəziyyəti son dərəcə sadələşdirər.

Artıq Avroasiya igtisadi komissiyası kuluarlari da daxil olmaqla Avroasiya birliyinin vahid valyutasını yaratmaqla balı təkliflər səslənmişdir. Hətta onun adını – altın və həyata keçiriləcəyi vaxtı da – 22/23-cu illər təklif etmişlər.

Hazirda AAİB məkanında vahid emissiya mərkəzi yaratmaq nəzərdə tutulmur. Avropa ittifaqının kağız və metal pullar yaratmaq təcrübəsi hələ İttifaq dövləti tərkibindəikən Rusiya və Belorusiya arasındaki mövcud problemə gətirib çıxarar. İttifaq dövləti – bu, Rusiya və Belorusiyanın katibliyi, qəzet… və vəssalamdır. Hətta parlament belə yoxdur. Və onda məhz bəs emissiya mərkəzinin harda yerləşəcəyi məsələsilə üzləşdilər. Zənnimcə, bu gün söz nə ümumi pulların və hətta elektron valyutanın yaradılmasından deyil, Avroasiya dövlətlərini xarici təsirdən, xüsusilə dolların ekspansiyasından asılılığını aşağı salmağa imkan verən ümumi elektron hesablamalar sistemindən gedir.

Vahid valyuta yaratmağın elə bir mənası yoxdur. Ona, misal üçün, bu gun avro ilə olduğu kimi kənardan hücumlar ola bilər. Axı, dollarla avro arasındakı müharibəni heç kim ləğv etməyib, orda dolların hamının gözü garşısında Avropa valyuta bazarını udub həzım etməsinin baş verdiyi amansız döyüş gedir. Odur ki, biz nəyə görə özümüz üçün qabaqcadan risk yaradaq? Daşları keçməyə hazirlaşdığımız yola nə üçün atmalıyıq? Yaxşısı budur ki, daşlar yolun kənarında, gözlə görünən yerdə qalsın, yol isə azad olsun. Elektron hesablamaların ümumi sistemini yaratmaq – bu prinsipin realizə formasıdır ki, bir tərəfdən, lüzumsuz risklərdən yayınmağa kömək edər, digər tərəfdən – Avroasiya layihəsi daxilində üçüncu şəxslərə ticarət əməliyyatları hesabına varlanmaq imkanı verməz.

Artıq vasitəçilərdən təmizlənmə nədir.

Tamamilə düzdür. Yeri gəlmişkən, bütün başqa şeylərlə yanaşı, bunu AAİB daxilində istehsal olunan, xarici bazarlarda rəqabətə daha dözümlü mallar edir.

Avroasiya birliyi rəsmən istisadi adlanır, ancaq siz Avroasiya birliyinin digər aspektlərının qarsıdaki materializasiyası haqqında ötəri xatırlatdınız. Məsələn, hərbi aspekti ki, onun ardınca siyasi aspekt gəlir. Bu gün az adam öz proqnozlarında belə uzağa gedir. Siz gələcəkdə bu çoxtəbəqəli inteqrasiya qurumunun konstruksiyasını necə görürsunuz?

Elə ordan başlayaq ki, bu gün Avroasiya birliyinin siyasi aspektinin müzakirəsinə məhdudiyyətlər qoyulur və bu şüurlu qərardır. Bu, xususilə xarici səbəblərdən irəli gəlir. Biz Avroasiya layihəsinin əslində heç də bizim həmkarlarımız deyil, konkurentlərimiz olan Avropa və Amerika “həmkarlarımızı” necə qıcıqlandırdığını unutmamışıq. Bununla əlaqədar onlar müxtəlif fitnə-fəsad düşunərək, AAİB layihəsinin baş tutmaması üçün maksimum səy göstərəcəklər. Həmçinin daxili səbəblər də mövcuddur, çünki Sovet İttifaqının süqutundan sonra yaranmış məlum vəziyyətə görə hər yeni yaranmış respublika indi müstəqil, suveren dövlətdir. Bu nüansı nəzərə almaq vacibdir.

İntəhası, burda mühüm bir “amma” var: SSRİ-nin süqutundan sonra onun borclarını Rusiya öz üzərinə götürüb həmin borcları ödədiyi üçün əlbəttə, o, bəzi imtiyazlara malikdir Rusiyada daha çox olmaqla bunu başa düşürlər, büna görə də Rusiya tərəfdən süurlu olaraq belə bir göndəriş artikullaşdırılır: AAİB-nin siyasi tərkibi hazırki mərhələdə ümumiyyətlə müzakirə olunmur. Bundan əlavə, məncə o innən belə də müzakirə edilməyəcək və yeni modelin nadirliyi elə bunda olacaq: o, qulağa məlhəm olmayan movcud MDB-ni deyil, normal, canlı, fəaliyyətdə olan birlik – movcud real müstəqil dövlətlər birliyini təmsil edəcək.

O, ilk növbədə parlament – assambleya tərəfindən idarə olunacaq və biz onsuz da gec ya tez bu fikrə gələcəyik.

Bu assambleyanı hansı prinsip üzrə formalaşdırmaq?

Əgər ərazilər prinsipinə görə “dairələr kəssək”, Rusiya təbii səbəblərdən bu orqanı tamamilə uda bilər. AAİB-nin üzv-ölkələrinin əhalisinə oriyentləsmək qərarı qəbul edidiyi halda bizi eyni şey gözləyir. Odur ki, bu iki variant rədd edilir, əks təqdirdə biz Avropa İttifaqına əzab verən elə həmin doğuş sancılarına məruz qalmalı olacağıq. AAİB halında bu hər şeydən əvvəl üzv-dövlətlərin xüsusi nümayəndələri olacaq ki, onların sayı AAİB-nin əsas prinsipinə mütənasib olacaq: bir ölkə – bir səs. Bu ədalətlidir, belə ki, təkrar edirəm, söz birlikdən, müstəqil dövlətlər birliyindən gedir.

Bundan əlavə, görünür, Avroasiya iqtisadi komissiyasını islahatlaşdırmaq lazım gələcək, onu indiki şəkildə saxlamaq optımal variant kimi görünmür. Onu daha çox işgüzar yöndəmə gətirmək lazımdır. Ancaq yenə də, Brüssel bürokratiyasının formalaşma təcrübəsini nəzərə almaq və onların yolunu təkrar etməmək gərəkdir. Əks təqdirdə Rusiyanın təbii olaraq hakim vəziyyət alıb başqalarına təzyiq göstərməyə cəhd edəcəyi vəziyyət yaranar. Bunu Rusiyada gözəl dərk edir və diqqət! – hadisələrin belə inkişafından qaçmağa cəhd göstərirlər.

Özgələrin səhvlərindən dərs almaq yetərincə çətindir…

Bəli, ancaq bizim başqa yolumuz yoxdur. Ümumiyyətlə desək, bu modeli yaratmaqla biz tamam yeni yolla gedirik. Odur ki, istədiyimiz qədər sürətlə gedə bilmirik. Əgər bizim balanslaşdırılmış işlək model konstruktürlaşdırmaq üçün Avroasiya yaratmaq üzrə dərsliklərimiz olsaydı işimiz asanlaşardı, ancaq belə dərsliklər yoxdur. Və bu önəmlidir, ona görə ki, biz müəyyən dərəcədə Rusiya imperiyasının inkişaf yolunu təkrar edirik (yaxşı mənada), ancaq artıq başqa keyfiyyətdə. Bu, AAİB layihəsinə hansısa daxili yaxud xarici ziddiyyətlərin təzyiqi altında sökülüb dağılmamaq, əksinə – lazım gələrsə, səfərbər olmaq və lazım olmayanda isə “sərbəstləşib, azad nəfəs almaq” imkanı verir.

Gəlin, bir qədər geriyə dönək: sizin sözlərinizcə, belə çixir ki, Avroasiya birliyinin siyasi komponenti yaxın gələcəkdə aksentləsdiriməyəcək?

Aksent özlüyündə siyasi aspekti əvəz edən hərbi aspektə ediləcək. Məsələn, hökmən vahid komandanlıq yaradılacaq, əks təqdirdə bunun mənası olmayacaq. Avroasiya hərbi təşkilatının prototipini KTMT-nı (ODKB) hesab etmək olar, ancaq o, təəssüf ki, hələ “genişlənməmişdir”. Və bir sıra səbəblərə görə genişlənə bilməzdi. Axı, KTMT-nın mexanizmi kənardan yaradılmamışdır və o elə bununla qiymətlidir: ondan daxildə başqa cür düşünənləri basıb əzmək üçün istifadə etmək istisna olunur. Bu, prinsipcə, bizim tutalım, pedaqoji məqsədlə bir-iki dəfə istifadə etdiyimiz və indi hardasa düşüb qalan maketdir. NATO kimi. Bu gün nümunə üçün Rusıyanın Türkiyə ilə müharibəsi mümkün deyil, cünki Türkiyə NATO-nun üzvüdür. Eynilə bunun kimi, bu gün çətin ki, kimsə KTMT-nın üzv-ölkəsinə hücum edə, ona görə ki, hamının qalxacağını bilirlər. Bax, KTMT belə analoqdur, ancaq təəssüf ki, qlobal çəplik üzündən (yeri gəlmişkən bu, NATO daxilində də var) Rusiya silahlı qüvvələri panaseya kimi qəbul olunur. Və Rusiya burda ABŞ-nın NATO-daki taleyini təkrarlamaq riskinə gıdır – hər necə olsa da hakim olmağa cəhd göstərir.

Rusiya və Ermənistan KTMT tərkibındə – bu, ABŞ və Latviyanın NATO-da olması kimidir

Hardasa belədir və bundan uzaqlaşmaq lazımdır. Bizdə bunun NATO, Avropa ittifaqı və sairədə necə baş verməsinə dair nümunələr vardır. Belə vəziyyətdən imtina etmək lazımdır.

Daha doğrusu, siz KTMT-nı ləğv edib, onun əsasında Avroasiya layihəsinin ehtiyaclarına daha müvafiq yeni təşkilatın yaradılmasınımı proqnozlaşdirirsiniz?

Mən deməzdim ki, söz ləğvetmədən gedir, hər şeydən əvvəl elə həmin “söküb-düzəltməkdən” gedir. Biz siyasi birlik əvəzinə Avroasiya məkanı qarşısında duran daha kəskin problemləri həll edə bilən hərbi birlik əldə edə bilərik.

Nəticədə “iqtisadi NATO” əldə edərik?

Tamamilə düzdür.

Son dərəcə populyar bir nöqteyi nəzər vardır ki, Avroasiya proseslərinin lokomotivi rolunda çıxış edən Rusiya elə həmin Avroasiya məkanında informasiya mövcudluğu planında Qərbdən geri qalır. Bu iddia, düzünü desək, artıq ümumi yerə dönmüşdür.Və şəxsən mənə elə gəlir ki, onların arxasında əsasən, Avroasiya funksionerlərinin hardasa Avroasiya birliyinin problemlərindən danışmaq istəməməsi dayanır. Bunlar isə az deyil – Rusiya-qazax “elektrik” mübahisələri, qadağa qoyulmuş malların Rusiyaya Belorus reeksportu və s. Necə bilirsiz əvvəla, bu probemlər nə ilə bağlıdır, ikincisi – onları necə həll etmək olar? Onlar sistematikdir, yoxsa sadəcə olaraq belə dövrdür?

İcazənizlə əvvəlcə informasiya müharibəsi və onda Rusiyanın mövqeinə dair tezisləri şərh edim. Bəli, bu nə vaxtsa olmuşdur. Ancaq tərəkkürün ətaləti bəzi adamlara bu stereotipdən uzaqlaşmağa yol vermir. Bir 2008-ci ili xatırlayın, Rusiya-Gürcüstan munaqişəsi vaxtı biz doğurdan da dayanıb heç nə etmirdik (informasiya cəhətdən – red.). İndi isə 2009-2010-cu illəri – Qərbin, elə həmin avropalıların Rusiya-Gürcüstan münaqişəsini elə bizim kimi anladıqları dövrü xatırlayın. Bu əla idi, ancaq ona 2-3 il tələb olunmuşdu. İndi bu qəbildən olan problemin həlli üçün daha az vaxt lazım gəlir. Əlbəttə, vəziyyət onunla çətinləşir ki, dünya masştablı mediaresursların mühüm hissəsinə Amerika Birləşmiş Ştatları tərəfindən nəzarət edilir və bu faktdır. Rusiyanın özündə belə resursların ücdə birindən az olmayanı yenə də ABŞ-nın nəzarəti altındadır. Bununla yanaşı, Ştatların özündə də KİV üzərində tam nəzarət, onların dövlət strukturlarına tam tabeçiliyi hökm sürür. Və bununla yaşamalı olurlar.

Rusiyanı informasiya müharibəsini uduzduğuna ğörə həmişə suçlamaq olar. Burda sovet İttifaqının təcrübəsini nəzərə alıb həddən çox gərginləşmək lazim deyil. Belə ittihamlara biz “bəli, bəzən uduzuruq, bəzən isə qalib gəlirik” cavabını veririk. Budur, misal üçün, Suriya məsələsində biz bu müharibəni heç də pis aparmırıq və elə aparırıq ki, Avropa və Amerikada aləmə car çəkib, həmin bu informasiya müharibəsini uduzduqlarını bildirirlər.

Bəs AAİB daxilindəki problem və mübahisələrə gəlincə…

Belə mübahisə və munaqişələr həmişə ortaya çıxacaq. Üstəlik, bunlar güclənə də bilərlər. Və bu qorxulu deyil, çünki Avroasiya birliyini yonub gələcəkdə daha adaptiv etməyə imkan verir.

İndiki mərhələdə bu qəbildən olan münaqişələr AAİB-nın süqutuna gətirməzmi? Gətirməz, əksinə, mümaqisələr onu daha da möhkəmləndirir, belə ki, AAİB üzvləri bir yerdə yaşamağı öyrənirlər. İndi isə diqqət: Rusiyaya qarşı müəyyən sanksiyalar qoymuşlar. Belorusiya və Qazaxıstan deyirlər ki, “Necə yəni, bizlik burda nə var, axı biz bir qıraqdan elə hey itiririk”. Rusiya isə onlara bir qədər gözləməyi təklif etmisdir. Müəyyən vaxt ötmüş və lar tezliklə elə bu karvanlar hər iki tərəfdən sürünməyə başlamışdır. Daha doğrusu, Belorusiya və Qazaxıstan Rusiyadan kompensasiya xahiş etmişlər. Ancaq bir qədər sonra aydın olmuşdur ki, öz zərərlərini elə özləri də ödəyə bilərlər. Sadəcə, onlar bunu hipertrofik tərzlərdə etməyə başlamışlar ki, bu da şübhəsiz Rusiya iqtisadiyyatına təsir etməyə bilməzdi. Odur ki, RF prezidenti Vladimir Putin sərti olaraq “uşaqlar, gəlin təzyiqi endirək” deyəndə ikinci problem dalğası başladı. Belə şeylər qorxulu deyil və yaxşı ki, onlar var. Həm də yaxşıdır ki, onlar ortaya çıxanda Avroasiya birliyi çökmür, əksinə, o transformalaşır, həm adamlar, həm ölkə yeni vəziyyətlərdən daha maraqlı çıxış yolları axtarmağa başlayırlar. Birlik möhkəmlənərək keyfiyyətcə yeni səviyyəyə keçir.

Yaxşı, bəs daha aktual xarici meydanoxumalar və çağrışlar haqda nə deyə bilərsiz? Burda müşahidəçilər əsasən “İslam dövlətinə” (İŞİD – Rusiyada qadağa qoyulmuş terror təşkilatı-red.), Qərbin hərbi-siyasi iqtisadi ekspansiyası, resursların tükənməsi və sairəyə işarə edirlər. Sizin rəyiniz necədir?

İŞİD-dən başlayaq – mən onu real təhlükə hesab etmirəm. Bu elə Ebola qızdırma vırusu kimi təhlükədir. İŞİD – əsasən virtual mövcud olan feyk dövlətidir. İntuisiyam mənə deyir ki, İŞİD ona bu gün ayrılmış rolu başa vurandan sonra (Avropaya miqrasiya dalğaları zəruri olmayanda, ABŞ və Aİ ölkələrində kolleksionerlər regiondan bütün istədiklərini kolleksiyalarına daxil edəndən sonra, neft bazarında burulğanlıq lazım olmayanda, Afrika və Yaxın Şərqdə müəyyən dövlət sistemləri dağılanda və hamı ticarətin müharibədən yaxşı olduğunu anlayanda və s.) sadəcə olaraq yox olacaq. Onunla bir zaman dünyanın baş məqalələrindən yoxa çıxaraq heç kimə maraqlı olmayan lokal təşkilata çevrilmişi nə vaxtsa “qorxunc” Əl-Qaidənin başına gələnlər baş verəcək.

Birmənalı olaraq başa düşmək lazımdır ki, İŞİD – proseslərin stimulçusudur və proseslər qurtarandan sonra stimulyatora ehtiyac qalmır. Bu o faktla izah olunur ki, bədnam geniş koalisiya İŞİD-i bütün il boyu bombalamış, onlar isə öz təsir zonalarını daha da genişləndirmişlər. Ancaq ona bu stimulyatorun ümumiyyətlə gərək olmadığı Rusiya gəldi və ikicə ay ərzində vəziyyəti əks tərəfə dəyişə bildi. Hamı Rusiyanın “BKC”-nin Suriyadaki vəziyyəti mühüm dərəcədə sabitləşdirmə faktını etiraf etməli oldu və sağalma prosesi başladı. Lakin burda necə deyərlər, qapını məhv edilən Su–24 bombardmançı təyyarə, İŞİD-dən Rusiyanın ünvanına hədələr və sairənin nəticələri döyməyə başladı.

Əgər İŞİD virtual feykdirsə, onda hamı ondan nə üçün belə qorxur?

Ondan əsas etibarilə Amerika və Avropa əhli qorxur, çünki nə ilə üzləşdiyini və bunun nə olduğunu dərk etmir. İŞİD – ideyadır, Qərbdə isə indi ideya və məslək yoxdur. İstehlakçı cəmiyyətin ikinci dərəcəli effektlərindən biri iedya böhranıdır. “Amerika arzusu” indi hardadır? O, sadəcə olaraq yoxdur, o özü–özünü yeyib və bunu hətta amerikalıların özləri də etiraf edirlər.

Rusiyada ideyalar böhranı yoxdur? Rusiyanın geniş beynəlxalq gündəmə təklif etdiyi ideyası vardırmı?

Əlbəttə Rusiyanın BMT Təhlükəsizlik Şurası, Baş Assambleya meydanında və ümumiyyətlə hər yerdə irəli sürdüyü ideya ədalət və beynəlxalq huquqa riaət ideyasıdır. Və bu işləyir, çünki beşil əbbəlki BMT Baş assambliyasını indiki ilə müqayisə etsək, boyük fərqlərin şahidi olarıq. Əgər əvvələr ABŞ onunla istədikləri kimi davranaraq təzyiq göstərib onlara istənilən əlverişli qərarı qəbul etməyə sovq edirdilərsə indi belə deyil.

Ancaq burda da həmişə olduğu kimi, heç də hər sey hamar deyil, mənfi və müsbətlər var: mənfilik ondadır ki, hegemonluğa uyma təhlükəsi mövcuddur və sözümüzün qüvvəti, ABŞ Rusiyanı fəallıq və müvəffəqiyyətlə buna doğru itələyir. Bu onunla əlaqədardır ki, Rusiya Ştatların “ikinci nəşrinə” dönər ki, bu da doğurdan da problemə çevrilə bilər. Həm də Rusiya isteblişmentində artıq müəyyən simptomlar üzə çıxmaqdadır: şovinizm, böyük qardaşın “kicik” qardasa yuxardan baxlması və s. Bu pis və təhlükəlidir, burda vaxtında dayanmaq və ikinci nüfuz mərkəzinə çevrilməmək lazimdır, əks təqdirdə sovet İttifaqı ilə olduğu kimi başımız daşdan-daşa deyəcək.

Musbətlijin məziyyəti isə ondan ibarətdir ki, indiki dünya sistemi ikimərkəzlilik üzrə qurulmuşdur. Bir kapitalist və bir də kommunist sistemi var idi ki, onlar mübarizədə inkişaf edirdilər. Kommunist sistemi heç oldu, çünki elə başlanğıcdan birqədər qüsurlu idi. Kapitalist sistemi isə sparinq-partnyorunu itirərək inkişafdan qaldı və dirçəliş fazasına keçdi. Odur ki “işidlər” meydana gəlir, “ukraynalar” baş verir, beynəlxalq hüquqa tüpürməyə başlayırlar, hüqüqi nihilizm əmələ gəlir ki, nəticədə hamının qanunsuz oyunu başlayır və daha güclu və dilavərlər qalib gəlir.Xaos yaranır və bu xaos sistemin dəyişməsinə, onun yenidən doğulmasına səbəb olur.

İŞİD – aydındır, daha nə?

Mən resursların tükənməsini daha ciddi təhlükə hesab edirəm. Bu, ciddi təhlükədir, ancaq hər hansı xüsusi pessimizm üçün əsas görmürəm. Aydındır ki, Avroasiya məkanında az xammal resursları işlətməklə malların istehsal KPD-ni yuksəltmək, bütün texnoloji sistemi dəyişmək, onu daha da mukəmmələşdirmək lazımdır. Ancaq bu təhlükədə müsbətliklər də vardır-o, texnoqluğu artırır və resurs mənbələrini itirmə perspektivləri resursların özlərini daha qiymətli edir. Və burda biz neftın yüksək qiymətlərinə və s. qayıtmış oluruq. Sizin sadaladıqlarınızdan əlavə, hələ dezinteqrasiya təhlükəsi də vardır ki, o, bütün Avroasiya məkanı üçün aktualdır.

Qədim Poma prinsipi “parçala və hokm sür” it-bata düşməmişdir, o, nostsovet məkanında da geniş tətbiq olunmuşdur. Bunu dərk etmək, onunla mübarizə apara bilmək lazımdır. Məsələn, destruktiv səciyyə daşıyan NKO-ları (Qeyri kommersiya təşkilatları) ləğv etmək lazımdır. Məgər biz destruktiv təriqətləri qadağan etmirikmi? Bəs nə üçün destruktiv NKO-larla belə edə bilmirik? Bununla mübarızə sistemi çox sadədəir və xüsusi biliklər deyil, siyasi iradə tələb edir.

Sız postsovet məkanının dezinteqrasiya təhlükəsindən söz açdınız, halbuki o, onsuz da dezinteqrasiya olunub. Ermənistan AAİB-nə, Gürcüstan Baltikyanı ölkələrin artıq əyləşdikləri NATO-ya can atır, Türkmənistan xəritədə çaş-baş düşmüşdür, Azərbaycan isə fırtınaya yan alır və s. Bununla necə mübarizə aparmaq?

Kimsə harayasa sürünərkən o, gücü çatdığı qədər sürünəcək. Təəssüf ki, hamıdan çox Ukrayna daha uzağa sürünmüşdür, çünki onun resursları yetərincə çox idi. O, şinləri yandıraraq bu resursları maydanda çox sərf etmişdi. Ancaq “harasa, ancaq oraya sürünmürəm” prosesinə nə qədər çox resurs sərf edirsənsə, oyanış bir o qədər təsirli olur. İş burasındadır ki, bəzi ölkələr aydın surətdə rəngli inqilablar virusu xəstəliyinə tutulmuşlar. Bu heç də politoloji gəlişi-gözəl söz deyil, siyasi sistemi tam fərsiz hala gətimiş texnoloji xəstəliyi təsvir edən real termindir. Eynilə belə inqilablar Lıvan, İraq və Əfqanıstanda baş vermiş və biz onların milli dövlətləri necə dağıtdığını görürük.

Bundan əlavə, Gürcüstan, Moldoviya, Ukrayna və müəyyən dərəcədə Qırğızıstanda da analoji proseslər getmişdir. İntensivlik müxtəlif olsa da, proseslər eyni modellər üzrə getmişdir ki, onlar 80-ci illərin sonunda SSRİ-də baş verənləri xatırladır: siyasi çürümə. Mənim xatırlatdığım ölkələr də ancaq öz lokal sistemi çərçivəsində elə həmin proseslərdən keçmişlər. Qəribə görünsə də, birinci olaraq Qırğızıstan ayılaraq, həmçinin AAİB-nə daxıl olmuşdur. Nə deyim, ya yerli elitaya duyma qabiliyyəti kömək etmiş, ya təşəxxüs sağlam düşuncə ilə əvəz olunmuşdu, ancaq onlar hər halda bu yolun heç yana aparmadığını dərk etmişlər. Nəticədə Qırğızıstan rəngli ingilabın hərcür “ləzzətini” sınaqdan çıxarandan sonra AAİB-nə daxil olmuşdur.

Zənnimcə, “qırğız epizodu” rəngli inqilabların problematikasını və Gürcüstan, Ukrayna, həm də bu virusla xəstələnən digərləri kimi ölkələrlə dezinteqrasiya proseslərini müzakirə etmək üçün yaxşı imkandır. Elə onların özləri də əvvəl-axır buna gələcəklər, intəhası bu ölkələr hələlik kənara sürünürlər və onlar nə qədər çox uzağa sürünə bilsələr, bu yolu qayıtmaq bir o qədər çətın olacaq.