Konnektikut universitetinin professoru Deniyel Adler sentyabrın 17-də Amerikanın Konnektikut ştatının Qrinviç şəhərindəki Bryus adına muzeydə “Ermənistandaki qazıntılar: aşağı paleolitdən orta paleolitə keçid (425 000– 130 000 il əvvəl) mövzusunda mühazirə oxuyacaq. Mühazirə Qrinviçin arxeoloji assosiasiyasının dəstəyilə baş tutacaq, – deyə The Greenwich Post bildirir.

Son orta pleystotsen qədim insanlar arasında dərin bioloji, eləcə də əxlaq və davranış dəyişiklikləri dövrü olmuşdur. Artıq 20 ildən bəri Avroasiyada bir sıra paleolitik qazıntılara rəhbərlik edən professor Deniyel Adler bir neçə ildir ki, Yerevandan şimala doğru, Razdan dərəsindəki “Nor Qexi 1” sahəsində işləyir. Ordaki qazıntılar sayəsində çoxlu, həm də mühüm nəticələrlə 3000-dən artıq obsidian (geologiyada tutqun şüşəyə bənzər vulkanik mineral) artefaktlar üzə çıxmışdır ki, professor bunlar haqqında görüş zamanı söz açacaq.