Aİ Rusiyanı yetərincə qiymətləndirməmiş və Azərbaycanda siyasəti yenidən nəzərdən keçirir

Rusiya və Qərbın Azərbaycanda nüfuz uğrunda maraqlarının toqquşması davam edir. Ötən həftə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi, Avropa komissiyasının vitse-prezidenti Federika Moqerini, AŞPA prezidenti Pedro Aqramunt, ABŞ Dövlət departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və kordinatoru Amos Hохşтеyn, Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç Bakıda olmuşlar. Və artıq ötən həftənin sonunda isə Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin və xarici işlər nazirinin müavini Qriqori Karasin gözlənilmədən Azərbaycana baş çəkmişlər.

Lakin formal cəhətdən bu səfərlərin arasında əlaqə olmasa da , belə demək olar ki, Qərblə Rusiyanın regionda nüfuz uğrunda rəqabətləri fəal şəkildə davam etdirilir.

Aİ praqmatik yanaşmanı seçir

Son zamanlar Azərbaycan və Qərb arasındaki münasibətlərdə soyuqlaşma müşahidə olunurdu və iş az qala Bakıya qarşı sanksiyaların tətbiqinə çatmışdı. Lakin Aİ-dəki ilkin təəssüratdan fərqli olaraq Rusiyanın o qədər də zəif olmadığıni əyani şəkildə göstərən dəyişmiş geosiyasi vəziyyətin hesabına avropalılar deyəsən, xüsusi maraqlarına xələl gətirməmək üçün öz siyasətlərini yenidən nəzərdən keçirmək qərarına gəlmişlər.

Əgər Avropa İttifaqı və Azərbaycan nümayəndələrinin bütün rəsmi görüşlərinin nəticələrini ümumiləşdirmək lasım gələrsə, aydın olar ki, Brüsseldən olan tərəfdaşlar nəinki Azərbaycana qarşı sanksiyalar niyyətində deyil, əksinə Azərbaycan qazının marağındadırlar. Aydın olur ki, avropalılar: a) Azərbaycanın iqtisadi cəhətdən Aİ-na AAİB-dən daha çox inteqrasiya olunacağını; b) Bunun Rusiyanın Azərbaycana təsirinin səviyyəsini endirəcəyini, eləcə də Avropa bazarında Rusiya qazının payını azaldacağını anlayaraq məsələyə praqmatik yanaşırlar.

Qəfil qonaq

Avropa nümayəndələri Azərbaycandan yola düşməmiş, Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin gecəikən gözlənilməz səfərlə Azərbaycana gəlmişdi. Səfərdə məqsəd Rusiya və Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlığın müzakirəsi idi. Azərbaycan Rusiya silahının iri istehlakçılarından biridir. Lakin neftin qiymətinin kəskin surətdə aşağı düşməsi, eləcə də iqtisadi böhran Azərbaycanın maliyyə imkanlarına güclü zərbə vurdu ki, bu da yəqin əvvəllər bağlanmış müqavilələrin ödənilməsi ilə əlaqədar bəzi problemlər yaratmışdı.

Azərbaycan prezidenti və Rusiya baş naziri müavininin görüşü çərçivəsində İlham Əliyev qeyd edib ki, Roqozinin səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin gündəliyilə bağlı məsələlərə yenidən baxılması üçün yaxşı imkan yaradır ki, bu səfər ikitərəfli münasibətləri strateji tərəfdaşlıq kimi səciyyələndirir.

Öz növbəsində Dmitri Roqozin bildirmişdir ki, Yaxın Şərq regionu üzrə beynəlxalq aləmdə meydana çıxmış təhdid və təhlükə, o cümlədən terror təhlükəsi regional səviyyədə müzakirə olunan mühüm məsələlərdir. O, Rusiyaya qarşı sanksiyalar tətbiq edilən zaman Azərbaycanın ona fəal dəstək göstərdiyini və Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının artmasını məmnuniyyətlə qeyd etmişdi. Səfər başa çatdıqdan sonra isə baş nazir müavini öz rəsmi Twitter səhifəsinə növbəti mesaj qoymuşdur: “Bakı səfərinin əsas nəticəsi: tərəflər ВТС (hərbi-texniki əməkdaşlıq – Red.) kimi belə həssas bir sahədə məsuliyyətli və etibarlı tərəfdaş olduqlarını sübut etdilər”.

Birqütblü dünyaya vida

Политолог İlqar Vəlizadə Dalma News ilə söhbətində Qərb və Rusiya siyasətçilərinin Azərbaycana səfərlərini şərh edərkən dedi ki, əsrin son rübü boyu regionda Rusiya və Qərb arasında təsir dairəsi uğrunda mübarizə ara vermir və müxtəlif fəallıq dərəcəsi ilə aparılır. “Hazırda biz Azərbaycana təsir uğrunda rəqabətin aktiv fazasını görürük. Lakin, əgər əvvəllər Bakı bu proseslərin passiv iştirakçısı idisə, indi vəziyyət köklü şəkildə dəyişmişdir.

velizade
İlqar Vəlizadə

Azərbaycan qabaqlayıcı addımlar qəbul və münasibətlərin yeni formatlarının təşəbbüskarı kimi çıxış etməklə proseslərə müstəqil təsir göstərmək imkanına malikdir. Bununla əlaqədar olaraq, Rusiya rəhbərliyi və Avropa diplomatiyası nümayəndələrinin Bakıya səfərini Azərbaycanın xarici siyasətinin məqsədləri ilə həmahəng olan, geosiyasi qütblərin hər birilə daha böyük qarşılıqlı səmərə əldə etməkdən ibarət iki münasibətlər blokuna bölmək olar “, – deyə politoloq bildirib.

Azərbaycan və Aİ: enerji və praqmatizm

Dalma Newsin müxbirinin Azərbaycan və Aİ münasibətləri barədə sualına cavabında politoloq Rövşən İbrahimov bildirib ki, əgər prosesləri xronologiya ilə nəzərdən keçirsək, onlar həmişə praqmatizm və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanmışdır.
“Daha dəqiq desək, Azərbaycanın milli maraqlara əsaslanan bu münasibətlərə formalaşmış yanaşmasında. Azərbaycan bu təşəbbüsün nə onun maraqları, nə də mümkün geosiyasi çağırışlara cavab vermədiyini nəzərə alaraq “Şərq tərəfdaşlığı” proqramının dərin realizəsindən imtina etmişdir. Zamanın göstərdiyi kimi, hətta Aİ-nin özündə bu proqramın iflasını etiraf etmələrini nəzərə alsaq, Azərbaycan haqlı çıxmışddır “, -deyə politoloq qeyd etmişdir.

rovsan ibragimov
Rövşən İbrahimov

Onun sözlərincə, Bakıda Brüssellə münasibətləri regional yanaşmalar çərçivəsində deyil, ikitərəfli strateji əməkdaşlıq səviyyəsində inkişaf etdirməyə üstünlük verirlər və Azərbaycan bu əlaqələr üçün Aİ-dən daha artıq çalışır.
İbrahimov, həmçinin qeyd edib ki, Azərbaycan bir sıra Aİ ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində fəal iştirak edir və bunun üçün lazımi nəqliyyat infrastrukturu yaradır . “Aİ bunu başa düşür və münasibətləri möhkəmləndirməyə, eləcə də onları real maraqlar çərçivəsində nəzərdən keçirməyə çalışaraq Azərbaycanın əhəmiyyətini dərk edir.

İntəhası, Aİ çoxqatlı təşkilatdir və onun müxtəlif orqanları eyni vəziyyət üzrə müxtəlif cür hərəkət edə bilər. Bu xüsusiyyət bəzən Aİ tərəfindən regiondaki vəziyyətin tam dərkinə mane olur. Hər halda, enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsi ilə Azərbaycanın rol və əhəmiyyəti artacaq, tərəflər arasında inteqrasiya baş verəcək və deməli, münasibətlər də möhkəmlənəcək”, – deyə ekspert bildirir.

Hazırlayanı Nicat Hacıyev