Azərbaycanın  gənc  kolleksiyaçıları, «FR COLLECTION» tekstil nümunələrindən olan qədim Azərbaycan məmulatlarının kolleksiyasının təsisçiləri Ruslan Hüseynov Fuad Cəbrayılov ilk dəfə olaraq müxtəlif ölkələrdən Azərbaycana qaytarılan qədim geyimləri, aksessuarları təqdim ediblər. Yanvarın 25-dən etibarən Azərbaycanın Nazirlər Kabineti yanında Koronavirusa qarşı Əməliyyat qərargahının  qərarı ilə ölkədə karantin yumşaldıldı və muzeylər, sərgi salonları yenidən öz qapılarını gələnlərin  üzünə açdı.

Ruslan Hüseynov və Fuad Cəbrayılov bundan yararlanmaq və özlərinin  çoxminlik eksponat kolleksiyasını təqdim etmək üçün «FR gallery&studio» qalereyasını açmaq qərarına gəldilər.

Oğlanlar  doqquz il əvvəl tanış olmuş və özlərinin ümumi  marağa malik olduqları üzə çıxarkən çox seinmmişlər. Ruslan Hüseynov əvvəl mis qablar toplayırdı, lakin sonra hər şeyi satdı, çünki tekstil onu daha çox cəlb etməyə başladı. 2012-ci ildə o öz kolleksiyasını Fuad Cəbrayılovun kolleksiyası ilə birləşdirməyə, bir emalatxana icarə  etməyə  və bütün əşyalarını oraya toplamağa,eyni zamanda işləməyə qərar verdi.

Ruslan Hüseynov və Fuad Cəbrayılov

Ruslan Hüseynovun Dalma Newsə verdiyi müsahibədə etiraf etdiyi kimi, onların məqsədi əvvəllər Azərbaycanda adamların necə geyindiyini azərbaycanlılara və əcnəbilərə nümayiş etdirmək idi. Onlar tədricən toplayaraq, hər şeyi və bu geyimlərin tarixini öyrəndilər.

«İndi müxtəlif ölkələrdə bir çox insanlar mövcudluğumuzdan xəbərdardırlar. Onlar özləri bizə zəng edirlər, yazırlar. Bütün bunlarla yanaşı, hər dəfə müxtəlif ölkələrdə hərrac evlərinin saytlarına baxırıq. Azərbaycana aid olan bir çox qədim əşyaları, əsasən, xaricdə azərbaycanlılar deyil, xaricilər satırlar. Ğörünür, sovet dövründə onlar Azərbaycana tez-tez baş çəkir və bir neçə qədim əşya aırlmışlar, indi isə onları satmağı qərara almışlar. Hər şeyi öz pulumuzla alırıq. Biz suvenirlər, kuklalar yaradırıq, şüşələrin yaz və çəkilş,eləcə də yazılarla məşğuluq və əldə edilən pulla Azərbaycan tekstil məmulatı alırıq. Biz sərf edilən pul haqqında təəssüflənmirik, çünki bu hər şey bizim üçün əvəzsiz  və qiymətsizdir»,—deyə Ruslan Hüseynov  bildirmişdir.

Hazırda onlarda dörd mindən çox eksponat vardır. Bunların ən qədimləri mis əsrinə aid aksessuarlardır, amma onlar bunları heç yerdə nümayiş etdirmir, sadəcə özləri üçün yığırlar. Onların kolleksiyasında 200 – dən çox kəlağayı növü- Azərbaycan milli qadın baş örtüyü vardır. Onlardan ən qədimi XVIII əsrin ortalarına aiddir. Onlar Azərbaycan milli geyim nümunələrini 16 ölkədən — Rusiya, Qırğızıstan, Özbəkistan, Türkiyə, Almaniya, Fransa, İngiltərə, Gürcüstan, İtaliya və digər ölkələrdən Azərbaycana qaytara bilmişlər.

«Bizim ən bahalı eksponatımız xan adyalıdır. Onun boyu üç,eni isə iki metrdir.Biz ona beş min manat vermişik.Biz əsasən,müxtəlif geyimlərin müxtəlif hissələrini alırıq. Bizim kolleksiyamızın çox hissəsini qadın geyimləri təşkil edir, çünki onlar kişilərdən fərqli olaraq öz əşyalarını qorumağı sevirlər»,- deyə Ruslan Hüseynov söz açmışdır.

Kolleksionerlərin ən əsas problemi qədim əşyaların bərpasını bacarmaları idi. Onlar bərpaçılara böyük pul ödəmək məcburiyyətində qalırdılar. Odur ki,onlar kurslara getməyə və hər şeyi öyrənməyə qərar verdilər. Hazırda onlar öz eksponatlarını özləri bərpa edirlər.

Bütün bunlarla yanaşı,  hətta  Qalamkari style  də öz brendlərini yaratmışdır. Onlar helemkari üsulu ilə geyimlər yaratmağı öyrənmək üçün üç il öncə İsfahandaki  kurslara da  getmişlər. Bu üsulla yerinə yetirilən əşyalara indi azərbaycanlıların  çox böyük tələbatı var.

Ruslan Hüseynov və Fuad Cəbrayılov digər həmkarları ilə Azərbaycanda keçirilən bir çox birgə sərgilərdə iştirak ediblər, lakin həmişə özlərinin qədim eksponatlarını təqdim edə biləcək muzeyə malik olmaq arzusunda olublar.

«Bizim arzumuz, nəhayət, gerçəkləşdi. Bizim öz qalereyamızı açmaq ideyamız çoxdan olub, amma koronavirus pandemi ilə əlaqədar Azərbaycanda qoyulan  karantinə görə heç cür imkan olmayıb. Bu dəfə biz qərara gəldik ki, ideyamızı təxirə salmayaq. Bakının mərkəzində qalereyanı icarəyə götürdük və onu ilk dəfə azərbaycanlılara təqdim olunacaq eksponatlar ilə bəzədik. Hətta Azərbaycan muzeylərində. belə şeylər yoxdur. Bir çox dəfə bizdən onları satın almaq istəmişlər, amma biz hər dəfə etiraz edirik. Biz bunu pul qazanmaq üçün deyil, azərbaycanlılara və turistlərə milli geyimlərin necə yaradıldığını, onların unikallığının nədən ibarət olduğunu nümayiş etdirmək üçün edirik», — deyə Hüseynov bildirib. Ruslan Hüseynov və Fuad Cəbrayılov digər həmkarları ilə Azərbaycanda keçirilən bir çox birgə sərgilərdə iştirak ediblər, lakin həmişə özlərinin qədim eksponatlarını təqdim edə biləcək muzeyə malik olmaq arzusunda olublar», — deyə Hüseynov əlavə edib.

Qalereyada kolleksiyaçılar əsasən XVII və XX əsrin əvvəllərinə aid eksponatları təqdim ediblər. O,ümumiyyətlə iki otaqdan ibarətdir. Onlardan birində qədim Azərbaycan Evlərinin dizaynı ilə geyim, müxtəlif məişət əşyaları, ləvazimatlar, ikincisi isə « Xan otağı » adlanır.

Ruslan Hüseynov  həmçinin əlavə edib ki, eksponatlar  hər dəfə  yeniləşəcək və dəyişəcək, çünki onların hamıya nümayiş etdirmək istədikləri çox şey var.

Каmillа Sеidova