Azərbaycan KVN – kastasının (Şən və hazırcavablar klubu kastası)yeni nümayəndələri–«Bakı yığması» komandası bu günlər Soçidə 28–ci Beynəlxalq KVN festivalı qala-konsertinin çəkilişlərində iştirak etmişdir. Konsertin nəticələrinə görə, Azərbaycan komandası çoxdan gözlənilən uğura nail olmuş və seçmə nəticəsində 2017-ci il mövsümünün Ali Liqası tərkibinə daxil olmuşdur. Bu barədə Azərbaycan Şən və hazırcavabar klubunun mətbuat xidmətində bildirmişlər.

Yeri gəlmişkən qeyd etmək istərdik ki, əvvəlcə hər şey o qədər də yaxşı deyildi, amma çıxış vaxtı Azərbaycan komandası necə deyərlər, özünü ələ alıb, nəyin bahasına olursa-olsun məqsədinə çatmağa söz verdi. «2017-ci il Ali Liqa»nın yeni qəhrəmanlarını tanınmış incəsənət xadimləri, siyasətçilər və biznesmenlərdən ibarət ənənəvi münsiflər heyəti seçirdi. Azərbaycandan olan gənc komandaya oyunun yeni mərhələsinə «qızıl bileti» məhz onlar verdilər. Lakin belə bir sual yaranır: gənclər öz əfsanəvi sələflərinin qazandıqları o uğurlara nail ola bilərlərmi?

Xatırladaq ki, Azərbaycan sonuncu dəfə Ali Liqada 1993-cü ildə məşhur «Bakılı oğlanlar» komandası ilə təmsil olunmuşdu.

elchin Azizov
Elçin Əzizov

«Bakılı oğlanlar» komandasının üzvlərindən biri, Böyük Teatrın solisti Elçin Əzizov gənc növbənin imkanlarını qiymətləndirərək Dalma Newsə bildirmişdir ki, yaşlı nəsil öz varislərini tam dəstəkləyir.

«Gənc komandaya gəlincə, biz hökmən onların çıxışları və yaradıcılq yüksəlişlərini izləyirik. İndi komandanın Yüksək liqada çıxış edəcəyi xəbəri bizi çox sevindirdi və ümid edirik ki, onlar Azərbaycanı layiqincə təmsil edəcəklər. Şübhəsiz, onlar üçün çox çətindir, çünki əvvəlki nəsillərin böyük məsuliyyət yükü var, həm də «Bakılı oğlanlar» komandasının bir qaliblər komandası imici də vardır. Ancaq biz yeni nəslə uğurlar arzu edirik və ona dəstək verməyə çalışacağıq»,– deyə Əzizov bildirmişdir.

Şən və hazırcavablar klubu «Bakı yığması» komandasının rəhbəri Rəşad Əzizov da Dalma Newsə bıldirdı ki, Ali liqaya çıxış – bu, Azərbaycan КVN-i və ümumiyyətlə ölkəmiz üçün böyük nailiyyətdir.

2037_src
Rəşad Əzizov

«Komandamızın Ali Liqada sonuncu dəfə oynadığı uzaq 1993-cü ildə hər şey başqa cür idi: həm yumorun səviyyəsi, həm iştirakçıların peşəkarlığı və həm də televiziyanın keyfiyyəti. İndi Şən və hazırcavablar klubu Rusiya televiziyasında ən reytinqli televerilişdir ki, bu da öz növbəsində Azərbaycan gənclərinin təşviqi üçün böyük imkanlar açır.

«Bakı yığması» cari mövsüm üçün qarşısına ən iddialı vəzifələr qoyur və həm material, həm də öz tərkibinin gücləndirilməsi üzərində işi dayandırmır. Soçidə baş verənləri möcüzə adlandırmaq olar! Biz bu nəticəyə uzun müddət və inadla getmişik! Biz festivalın gedişində qəbul edilən ədalətli qərar üçün Beynəlxalq KVN (ŞHK) ittifaqının rəhbərliyinə minnətdarıq. «Bakı yığması»na şans verildi ki, bizim uşaqlar onu əldən vermədilər. Bizim qələbəmizə inanan və bizi dəstəkləyənlərin hamısına təşəkkür edirik », – deyə Rəşad Əzizov əlavə etdi. Bu gün Şən və hazırcavablar klubu yalnız Rusiyada deyil, həmçinin yarışların bu növünün intellektual oyunlara bərabər tutulduğu Azərbaycanda geniş vüsət alır və getdikcə daha çox tamaşaçı auditoriyası toplayır. Bakılılar, həm də yalnız onlar yox, bu oyunu həmişə sevmişlər. Əvvəllər insanlar ailəlikcə oynayırdılar, indi isə «КVN fenomeni» tərbiyənin, mədəniyyətin bir hissəsinə dönmüşdür. Yumor dalğasına həm tələbələr, həm də məktəblilər qatılır, bəzən isə müxtəlif təşkilatların komandaları arasında kiçik turnirlər keçirilir. Azərbaycanda elə məktəblər var ki, orda oyunun ənənələri də nəsildən-nəslə verilir. Bu intellektual yumor tədricən bakılıların həyat tərzinə çevrilir.

16216234_10211745682135208_2097574827_n
«Bakı yığma» komandası

Bir gənclər təşkilatı kimi, Azərbaycan KVN-i dövlət tərəfindən, xüsusilə Prezidenti yanında Gənclər fondu, Gənclər və idman nazirliyi tərəfindən dəstəklənir və populyarlaşdırılır. Sübut kimi hər il keçirilən KVN-nin Azərbaycan liqası turniri, eləcə də 2013-cü ildə keçirilən Azərbaycan Prezidentinin Kuboku uğrunda ŞHK turniri göstərmək olar ki, orda Ali liqanın ən yaxşı komandaları iştirak etmişdi.

2011-ci ilin noyabrında Bakı Dövlət Universiteti KVN komandası üzvləri tərəfindən yaradılan «Bakı yığması» komandasının özü də, necə deyərlər, yerində saymır, daim yeni istedad və ideyalar axtarışındadır. Məhz bunun üçün, 2016-cı ilin dekabr ayından komanda öz xüsusi ««Bakı yığması»ilə Birinciyə(telekanal) istəyirəm» layihəsini işə salmışdır ki, orda arzu edənlərin hamısı iştirak edə bilərlər.Əsas intriqa – «Bakı yığması»na düşmək hüququ qazanan və onun tərkibində Birinci Kanalın efirində çəkilişlərə yola düşən qalibin adıdır .

Hazırlayanı Leyli Xəlilova