Ermənistanda təhsil haqqının ali təhsil müəssisələrinin vəsaitlərı hesabına kompensasıyaya məxsus ixtisas və yerlərin siyahısı təsdiq olunmuşdur. Ermənistan Elm və təhsil nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, bu haqda müvafiq əmri Ermənistanın elm və təhsil naziri Armen Aşotyan imzalamışdır.

Tələbələrə sosial yardımı artırmağa yönəlmiş bu təşəbbüs cari dərs ilinın əvvəlindən Ermənistanın “Təhsil haqqında” Qanununa düzəliş çərçivəsində həyata keçirilir.

Nazirin əmri Ermənistanin nullu təhsil sistemli ali məktəblərinə qəbul olunan 151 tələbəyə təhsil haqqına 100% güzəşt hüququndan istifadə imkanı verir.

Armen Aşotyanın əmrilə həmçının Ermənistan hökumətinin 27 iyul 2006-cı il 1183-Ն saylı Qərarı əsasındaki qaydaların tələbinə müvafiq təsdiq olunmuş yerlərin rotasiyası (yerdəyişməsi) aparılmalıdır.