Bu gün Rusiya-Azərbaycan iqtisadi münasibətləri hansı vəziyyətdədir? «Şimal-Cənub» nəqliyyat dəhlizinin gələcəyi necə ola bilər? Azərbaycan Avrasiya İttifaqına üzv ola bilərmi? Dalma Newsin bu və digər suallarını iqtisadçı Fuad Əlizadə və Rus İqtisadiyyat Məktəbinin direktor müavini, Azərbaycan İqtisad Universitetinin professoru Elşad Məmmədov cavablandırvışlar.

Azərbaycan və Rusiyada hansı Rusiya-Azərbaycan birgə istehsalatının yaradılması mümkün ola bilər?

Fuad Əlizadə: Hazırda Azərbaycanla Rusiya arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Bunun parlaq nümunələri — birgə əczaçılıq şirkətinin bünövrəsinin qoyuluşu, Azərbaycanın «Azərmaş» şirkəti ilə Rusiyanın «QAZ qrupu» tərəfindən reallaşdırılan birgə avtomobil zavodunun layihəsidir.

Bu günlər KİV–də SOCAR-ın Rusiyanın Tümendə yerləşən müasir zavodlarından biri olan «Antipinski NEZ»in aktivlərinin əldə edə biləcəyi haqqında məlumatlar da maraq doğurub.

Həmçinin turizm və nəqliyyat sahələrində də gözləntilər var. Artıq bu gün Mahaçqala (Rusiya)— «Şahdağ» turizm mərkəzi (Azərbaycan) marşrutu ilə kruiz katerləri və elektrik qatarlarının işə salınması ilə bağlı layihələr var.

Bakı-Mahaçqala dəmir yolu əlaqələri də yaxşılaşır. Düzdür, burada gömrük məntəqələrinin keçməsi ilə bağlı məsələlər vardır ki, bu da xeyli çox vaxt alır. Bununla əlaqədar bu gün həmin yol üzrə gömrük rəsmiləşdirilməsinin qatarın hərəkəti zamanı həyata keçirilməsi məsələsinə baxılır.

Fuad Əlizadə

Elşad Məmmədov: Şübhəsiz, Azərbaycan və Rusiya ərazisində müştərək istehsalatların yaradılması mümkündür. Bundan başqa, belə istehsalatlar iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsi üçün zəruridir. Rusiya və Azərbaycan iqtisadiyyatlarının miqyasındakı mühüm fərqlərə baxmayaraq, ölkələr iqtisadi sistemlərin çox ciddi struktur oxşarlığına malikdirlər. Rusiya və Azərbaycan üçün qarşılıqlı faydalı əməkdaşlıq, texnoloji Kooperasiya, iki dövlətin təsərrüfat subyektləri arasında inteqrasiya əlaqələrinin dərinləşdirilməsi, iqtisadiyyatın yüksək texnologiyalı sahələrində əməkdaşlıq qurmaq son dərəcə vacib olacaq. Əks təqdirdə, Azərbaycan və Rusiya dünya iqtisadi inkişafının kənarında qala bilərlər. Tədricən postneft dövrünə keçidlə bu iki ölkə arasında iqtisadi inkişaf səviyyəsini yüksək səviyyədə saxlamaq üçün əməkdaşlığı dərinləşdirmək lazımdır.

Rusiya və Azərbaycan üçün Azərbaycan və Rusiyada əməkdaşlığın dərinləşməsi müşahidə edilməli olan sahələrə gəldikdə isə, qarşılıqlı faydalı münasibətlərin qurulması son dərəcə vacib olacaq, bunlar elə sahələrdir ki, bu sahələr artıq bu gün dünya iqtisadiyyatında qabaqlayıcı artım verir: biotexnologiyalar, nanotexnologiyalar, hüceyrə texnologiyaları, gen mühəndisliyi. Bu gün Azərbaycan və Rusiya bu sahələrə sərmayə qoymalıdırlar.

Neft kimyası və qaz kimyası ilə fəal məşğul olmaq lazımdır. Çünki bu, sosial-iqtisadi inkişafın mühüm tərkib hissəsidir. Dünya iqtisadiyyatında bu gün insan kapitalının inkişafı ön plandadır. Bunun üçün təhsil, səhiyyə və elm sahələrinə, sosial sahəyə fəal sərmayə qoyulmalıdır.

Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq potensialı böyükdür. Ancaq bunların hamısını həyata keçirmək üçün müvafiq iradə lazımdır.

Əlbəttə, qarşılıqlı ticarətin həcmini artırmaq lazımdır. Lakin əgər Biz bir-birimizlə yalnız xammal ticarəti etsək, söz gedə biləcək göstəricilərə çıxmaq mümkün olmayacaq. Buna görə də, texnoloji və elmtutumlu sahələrə sərmayə qoymaq lazımdır ki, iki ölkənin əmtəə dövriyyəsi artsın və tədricən ümumi bazarların formalaşmasına gətirib çıxarsın.

«Şimal-Cənub» nəqliyyat dəhlizi: sizin fikrinizcə, İran amilini nəzərə alaraq, o, nə vaxt tam gücü ilə işləyə bilər?

Fuad Əlizadə: «Şimal-Cənub» nəqliyyat dəhlizi yüklərin Skandinaviya ölkələrindən Rusiya, İran, Azərbaycan vasitəsilə digər ölkələrə, o cümlədən Hindistana daşınmasına imkan verir. İlk pilot layihələr yol hərəkətinin kəskin azalması ilə əlaqədar, bu dəhlizin yükgöndərənlər üçün nə dərəcədə sərfəli olduğunu artıq göstərmişdir.

Hindistandan gələn yüklərin bütün Afrika, Aralıq dənizini dolaşaraq , nəhayət Skandinaviya limanlarına çatdığı ənənəvi yolla müqayisədə, «Şimal-Cənub» nəqliyyat dəhlizi sayəsində yükü çatdırılma yolu demək olar ki, iki dəfə azalır.

Eyni zamanda, bu yolda əsas ölkələrdən biri İran olduğunu başa düşmək lazımdır. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar bu ölkəyə böyük investisiyalar qoymağa maneəçilik törədir.

«Şimal-Cənub» dəhlizində Dəmir yolu ilə daha ucuz yük daşımaları üçün bir sahə – Astara-Rəşt yoxdur. Bununla əlaqədar, dəmir yolu ilə gedən yükləri orada avtomobil nəqliyyatına boşaltmaq və sonra yenidən geriyə köçürmək lazım gəlir.

Buna görə də əgər Azərbaycan, Rusiya və İran Astara-Rəşt sahəsinin problemini həll edə bilsələr, onda «Şimal-Cənub» layihəsinin ildə özünün nəzərdə tutulmuş 10-15 milyon ton yükə çıxacağını demək olar.

Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolu istismara verildikdən sonra nəqliyyat dəhlizlərinin yeni variasiyaları meydana gəlib. Məsələn, Azərbaycandan Türkiyəyə gedə biləcək «Şimal- Qərb» dəhlizi.

Bir sözlə, Rusiya-Azərbaycan münasibətlərində nəqliyyat dəhlizləri mühüm rol oynayacaqdır.

Elşad Məmmədov: Şübhəsiz, «Şimal-Cənub» tam gücü ilə işləyə bilər. Hətta İrana qarşı hansısa təcavüzkar addımlar atılsa belə, onlar yenə də müvəqqəti xarakter daşıyacaqdır. İranı dünya iqtisadiyyatından tamamilə kənarlaşdırmaq mümkün olmayacaq.

Bundan başqa, bu gün faktiki olaraq sanksiya hərəkətlərinə qoşulmayan ölkələrin kifayət qədər əhəmiyyətli regional nüvəsi formalaşır.

Bundan başqa, ölkələrimiz qarşılıqlı hesablaşmalarda tədricən milli valyutalara keçməlidirlər və bu, o cümlədən İranla da iqtisadi münasibətlərin dərinləşməsinə stimul və təkan verəcəkdir.***

«Şimal-Cənub» çox perspektivli layihədir. O, Rusiyanın Avropa hissəsini Hindistan kimi dinamik inkişaf edən regionla birləşdirir. Ölkələrimizin bu layihədə iştirakı bütövlükdə regionda iqtisadi artıma stimul verə bilər.

Elşad Məmmədov

Hansı üçüncü ölkələrdə Azərbaycan və Rusiya istehsalatlarının birgə iştirakı və təşkili mümkündür?

Fuad Əlizadə: Üçüncü ölkələrdən danışsaq, burada əsas istiqamətlərdən biri İrandır. Bundan başqa, Azərbaycan və Rusiya Türkiyə istiqamətində əməkdaşlıq edə bilərlər. Rusiya və Azərbaycanda neft-qaz sahəsində də maraqlı imkanlar var. Azərbaycan Türkiyədə ən böyük Star neft emalı zavodu tikib və artıq bu zavodda emal üçün Rusiya nefti alır.

Lakin yaxın gələcəkdə Azərbaycan, çətin ki, vahid valyutaya keçsin. Milli valyuta müstəqil dövlətin mühüm atributudur. Azərbaycan da gənc bir dövlət kimi manatı üstün tutur və məhz milli valyutalarda hesablaşmaların tərəfdarıdır.

Elşad Məmmədov: Bu, həm İran, həm də Türkiyədir. Bundan başqa, hələ ki, Azərbaycan iqtisadi inteqrasiya qurumlarının iştirakçısı deyil və burada Rusiya Azərbaycan tərəfi üçün Moskvanın inteqrasiya birliklərində iştirak etdiyi ölkələrə çıxış baxımından körpü ola bilər. Bunlar Avrasiya İqtisadi Birliyi ölkələridir.

Ölkələrimizin rəqabət üstünlüyündən istifadə edərək, biz üçüncü ölkələrin bazarlarında əməkdaşlığı dərinləşdirə və inkişaf etdirə bilərik. Burada uzaq xarici ölkələrdən danışmalı olsaq, bu, Asiya regionu, həmçinin Çinin «Bir kəmər – bir yol» təşəbbüsü və bütövlükdə Cənub-şərqi Asiyanın inkişafı ilə bağlı layihələrdir.

Azərbaycanın Avrasiya İttifaqına daxil olması və vahid valyuta mümkündürmü?

Fuad Əlizadə: Azərbaycan vətəndaşları üçün Azərbaycanın Avrasiya İttifaqına daxil olması maraqlı variant olardı. Lakin bəzi siyasi məqamlar mövcuddur, buna görə də Azərbaycan Ermənistan istisna olmaqla, hələlik Avrasiya İttifaqı ölkələri ilə ikitərəfli münasibətlərə üstünlük verəcək. Lakin bundan sonra Qarabağ münaqişəsi həll olunarsa, mən Azərbaycanın bu ittifaqa daxil ola biləcəyini istisna etmirəm.

Vahid valyutaya gəlincə, indi bəzi ölkələr dollarla mübarizə aparırlar. Və həqiqətən alternativ valyuta tapmaq üçün cəhdlər edilir. Çoxları hesab edirlər ki, bu,Yuan ola bilər.

Lakin Azərbaycan yaxın gələcəkdə, çətin ki, vahid valyutaya keçsin. Milli valyuta müstəqil dövlətin mühüm atributudur. Azərbaycan da gənc bir dövlət kimi manatın tərəfdarıdır, milli valyutalarda hesablaşmaların tərəfdarıdır.

Elşad Məmmədov: Azərbaycanın Avrasiya İttifaqına daxil olması çoxplanlı məsələdir. Burada həm iqtisadi, həm də siyasi amillər olduqca çoxdur. Ancaq əminəm ki, ölkələrimiz gələcəkdə iqtisadi yönümlü inteqrasiya birliklərində olacaqdır.

Gələcəkdə Azərbaycanın Avrasiya İttifaqına, Gömrük İttifaqına daxil olma məsələsi gündəlikdə olacaqdır. Burada, əlbəttə ki, siyasi amillər var və əgər bu məsələlər həll olunarsa, yuxarıda sadalanan inteqrasiya layihələri çərçivəsində həm Azərbaycan, həm də Rusiya üçün iqtisadi cəhətdən əməkdaşlıq sərfəlidir. Vahid valyutaya gəlincə isə, biz hələlik maksimum milli valyutalarda hesablaşmalara keçməliyik. Lakin perspektivdə vahid valyutanın yaranması kifayət qədər məqsədəuyğundur. Ancaq nəzərə almaq lazımdır ki, emissiyaya və bu valyutanın sabitliyinə görə məsuliyyət daşıyan emitent vahid valyutaya keçərkən məsuliyyəti öz üzərinə götürməlidir.

 

Аleksandra Zuyeva