Gürcüstan maliyyə nazirliyinin istintaq xidməti əməkdaşları tərəfindən Tbilisi və Rustavidə kustar yolla Fairy, Safeguard, Krot и Raksha kimi tanınmış brendlərə məxsus gigienik və yuyucu maddələr istehsal edən bir qrup şəxs üzə çıxarılmışdır. Onlar özgəsinin mal markasından qanunsuz istifadədə ittiham olunurlar.

“İnfo 9” portalının məlumatına görə, sakinləri çaşdırıb aldatmaq məqsədilə brendlərin adlarına cüzi dəyişikliklər edilir və əldəqayırma məhsul identik dizaynla qablaşdırılaraq pərakəndə satışa buraxılırmış. Bundan əlavə, saxtakarlar kustar yolla cəmaşir jeleləri, mebel üçün pardaxlayıcı vasitələr, sabun və s.hazırlayırmışlar. “Beləliklə, təqsirkarlar ticarət markalarının əsl sahiblərinə xeyli zərər vurmuşlar”,- deyə idarədə bildirmişlər.

İstintaq Gürcüstan CM-nin 196-cı maddəsinin birinci hissəsi üzrə aparılır ki, bu, azadlıqdan iki ilədək məhrum olmağı nəzərdə tutur.