İyulun 14-də Vyanada altı dünya dövləti ilə bağladığı nüvə razılaşmasından sonra rəsmi Tehran Bakı ilə ticarət münasibətlərinin dərinləşdirilməsi üzərində işləyir. “Trend“in xəbər verdiyi kimi, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

“Nüvə razılaşmasından sonra hər iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi və ikitərəfli ticarətin həcminin artırılması üçün əlverişli şərait yarandı”, – diplomat bildirib. Əlavə edib ki, Bakıda birgə müşavirədə İran və Azərbaycan biznesmenləri ticarət əlaqələrinin sonrakı mərhələdə genişləndirilməsi yolunda mövcud maneələrin aradan qaldırmasını da müzakirə ediblər.

Pakayinin sözlərinə görə, Bakıyla bank münasibətlərinin genişləndirilməsi Tehranın prioritetlərindən biridir. Hər iki ölkədə energetika, nəqliyyat və turizm kimi müxtəlif sferalarda ortaq müəssisələr yaradıla bilər.