Şənbə, Oktyabr 12, 2024

İnsanlar tənhadır, çünki körpülər əvəzinə onlar hasarlar tikirlər
Stanislav Yeji Lets

 Bu portal Azərbaycan, Ermənistan və Gürcüstan prezidentləri və baş nazirlərinin bizim hamımızın bir-birmizi daha yaxşı başa düşməyimiz, necə varıqsa o cür qəbul edilməyımiz və ümumi dil tapmamıza kömək edən region ölkələri arasında humanitar əlaqələr qurmağın vacibliyinə dair sözlərindən əsl mənada ruhlanan bir qrup gənc Cənubi Qafqaz jurnalisti tərəfindən yaradılmışdır. Həm də tarixi, coğrafi və digər səbəblərə görə, bizdə ümumilik həqiqətən də çox-çoxdur – yaxşı da həmçinin, ancaq o gədər də yox.
Beləliklə, bu sayt bizim Azərbaycan, Ermənistan və Gürcüstan arasında “ humanitar körpülər”in tikilməsinə öz tövhəmizdir. Ən başlıca sözümüz “ humanitar” sözüdür. Bu o deməkdir ki, biz imkan daxilində siyasətdən uzaq olmağa çalışırıq. Biz bu gün Azərbaycan, Gürcüstan və Ermənistanda gənclər və orta nəslin necə yaşayıb nə ilə nəfəs almaları haqda söz açır, onların bir-birilə yaxından tanış olmaları və təmas nöqtəsini tapmaları üçyn şərait yaratmaqa səy göstəririk və c. Axı, bir tərəfdən biz çox cəhətdən oxşarıq, digər tərəfdən isə, qonşu ölkələrdən olan yaşıdlarımızın necə olmalarından, onların həyat tərzindən çox vaxt xəbərsizik.

Hə, dostlar… Qəlin tanış olaq.