Bakıda Böyük Britaniyanın Bakıdakı səfirliyində Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Maykl Tethemlə Azərbaycan müxalifəti nümayəndələri arasında görüş keçirilib. Bu haqda “Yeni Musavat” qəzetinə istinadla “Haqqin.az” xəbər verir.

Məlumata əsasən, görüşdə “Musavat” partiyasının başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, “REAL” Vətəndaş Hərəkatının icra katibi Natiq Cəfərli və Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq iştirak etmişlər.

Görüşdə ölkədəki ictimai-siyasi durum, Qarabağ münaqişəsinin həll yolları, siyasi məhbuslar problemi, qarşıdaki parlament seçkiləri və digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.