Bakıda bir qrup şəhər sakini bəzi apteklərdə dərmanların çatışmadığını iddia edirlər. Məhz bundan sonra Səhiyyə Nazirliyi vəziyyəti aydınlaşdırmaq üçün rəsmi açıqlama verib.

Bakının bəzi apteklərində dərmanların olmaması onlara qiymət etiketlərinin yenilənməsi ilə əlaqədardır. Bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Qurum rəsmisi qeyd edib ki, Tarif Şurasının qiymətləri tənzimləyən qərarından sonra artıq bəzi apteklərdə bu prosesə başlanılıb.
S.Əhmədova vətəndaşlara tövsiyə edib ki, apteklərdən lazım olan dərmanı eyni tərkibdə istəsinlər.