Gürcüstandan avtomobil gətirmək istəyənlərə şad xəbərimiz var. ANS PRESS-in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, “Sadıxlı-Mtkvari” sərhəd-gömrük buraxılış məntəqəsindən yüngül avtonəqliyyat vasitələrinin buraxılışına başlanılıb.

Bununla bağlı Azərbaycan Dövlət Gömrük Komitəsi və Gürcüstan Gəlirlər Xidmətinin Gömrük Departamenti və digər əlaqədar təşkilatlar arasında razılıq əldə edilib.

Razılığa əsasən 10 avqust 2015-ci il tarixindən Azərbaycan Respublikasının Gürcüstanla sərhədində “Sadıxlı-Mtkvari” sərhəd-gömrük buraxılış məntəqəsindən XİF MN-nın 8703 mal mövqeyi altında sinifləşdirilən yüngül avtonəqliyyat vasitələrinin, həmçinin motosikletlərin, motorollerlərin, mopedlərin və digər bənzər hərəkət vasitələrinin buraxılışına başlanılıb.

Qeyd edək ki, sərhəd-gömrük buraxılış məntəqəsində iş rejimi Bakı vaxtı ilə 08:00-dan 20:00-dək müəyyən edilib.