2015-ci ilin ikinci yarısında Ukrayna prezidenti Petro Poroşenkonun Azərbaycana rəsmi səfəri planlaşdırılır. Bu barədə Bakıda səfərdə olan Ukrayna xarici işlər nazirinin birinci müavini Natalya Qalibarenko deyib. Məlumatı APA yayıb.

O bildirib ki, bu ilin ikinci yarısında prezident Petro Poroşenko və xarici işlər naziri Pavel Klimkinin Azərbaycana səfərləri nəzərdə tutulub.

Hazırda Azərbaycan tərəfi ilə səfərin tarixi müzakirə edilir. “Ukrayna prezidenti dəfələrlə Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin inkişafının vacibliyini vurğulayıb”, – deyə birinci müavin bildirib.

Qeyd edək ki, səfər zamanı iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası da keçiriləcəkdir.