İdman olmadan sağlam həyat tərzi mümkün deyil. Ötən illər ərzində isə idman Azərbaycan vətəndaşlarının həyatının tərkib hissəsinə dönmüşdür. Getdikcə daha çox adam idman zallarına gəlməyə, düzgün qidalanmağa və hovuzlara getməyə başlamışlar. Bu, əlbəttə, sevindiməyə bilməz, çünki sağlam həyat tərzi sağlam millət deməkdir. Lakin unutmaq lazım deyil ki, xüsusi müəssisələrdə məşğul olmaq bəzən baha başa gəlir.

Dalma Newsin müxbiri təxminən 80 nəfərin qatıldığı əhali arasında sorğu aparmışdır. Respondentlərin 90% -i idmanla məşğul olanlardır ki, onların əksəriyyəti sağlam həyat tərzini qorumaq üçün idmana baş qoşur. Və yalnız bir neçə nəfər idmanla az da olsa arıqlamaq naminə məşğul olur. Ancaq adamlar bu gün, xüsusən də məşqçi ilə məşğul olma halında idman zallarının qiymətlərinin, çox yüksək olduğunu hesab edirllər.

Qiymət aralığı 30-dan (təxminən 18 dollar) başlayır və ayda 350 manata(təxminən 206 dollar) çatır. Hər şey idman zalının yerləşdiyi yerdən, trenajorların mövcudluğundan və müxtəlifliyindən, əlavə imkanlar və əlbəttə ki, peşəkar məşqçinin olmasından asılıdır.

«Mən iki ildir ki, (yay dövrü) idmana gedirəm, adətən fitness və hovuza abunə alıram. Bu mənə 220 manata (129 dollardan bir qədər çox) başa gəlir. Orda fitnesə trenajor zalı və yoga, pilates, gərginləşmə kimi müxtəlif məşğələlər var …. Əvvəlcə bir az arıqlamaq üçün getdim, sonra mənə uzanma, tarımlanma məşğələsi lazım gəldi, deməli, belə çıxır ki, mən idmana həm sağlamlıq, həm də öz zövq və əyləncəm naminə gedirəm», – deyə respondentlərdən biri Fidan xanım Dalma News ilə bölüşdü

Samirə adlı digər bir gənc qadın idman zalına yalnız yaxınlarda getməyə başladığını söylədi. «Ayda 80 manata başa gəlir, məşqçi ilə işləyirəm. Sağlamlığım üçün gedirəm, çünki hamiləlikdən sonra bel sütunumla əlaqədar problemlər başlamışdır. Həmçinin düzgün qidalanma sayəsində arıqlamışam və bədənimi möhkəmlədib qədd-qamətli olmaq istəyirəm», — deyə o söyləyir.

Fitnes üzrə məşhur məşqçi Viktoriya Adıgözəlova deyir ki, son illər ölkədə sağlam həyat tərzi çox populyardır. İdmanla getdikcə daha çox adam məşğul olmağa başlayır.

«Sizə deyim ki, elə kateqoriyalı insanlar var ki, idmanla bunun sadəcə dəbdə olmasına görə məşğul olurlar. Ancaq bunlar, əsasən arıqlamaq ya da sadəcə olaraq sağlamlıqlarını yaxşılaşdırmaq istəyənlərdir, çünki bel sümüyü xəstə olanlar çoxdur. Həmçinin üçüncü kateqoriya şəxslər də var ki, onlar sadəcə olaraq, yalnız sağlam həyat tərzi və düzgün qidalanma «dəlisidirlər». Onlara nəinki təkcə sağlam, həm də gözəl olmaq vacibdir »,— deyə o Dalma Newsin müxbiri ilə bölüşür.

Onun sözlərinə görə, son illər idmanla məşğul olan insanların sayı daim artır. «Mən razılaşmaya bilmərən ki, əhalinin real gəlirlərini nəzərə alaraq, bir çox idman zallarında fitnesin qiymətləri yüksəkdir. Lakin bununla belə hər şey müştərinin arzusundan asılıdır, bir çoxları təki idman zalının onlar üçün rahat bir yerdə yerləşməsi naminə hətta həddindən artıq yüksək qiymətlər ödəməyə hazırdırlar. Və elə kateqoriyadan olan şəxslər var ki, onların zala gəlmə xərclərini şirkət ödəyir. Bu, daha rahat və münasibdir. Amma insanlar birmənalı olaraq optimal variant seçirlər — ya idman zalı rahat bir yerdə yerləşməli, ya da istənilən zala konkret məşqçi naminə gedilməlidir. Mənim zalımda aylıq dəyər 80 manat (47 dollar), ora fərdi gəlişin hər dərsi 25 manatdır (təxminən 15 dollar)» , — deyə o açıqlamışdır.

 İdman marafonu Bakı üçün ənənəvi olmuşdur

Вakıda artıq ikinci ildir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə marafon keçirilir. O, ötən il aprelin 30-da «Küləyə qalib gəl» şüarı altında keçmişdi. O, bir qayda olaraq, Dövlət bayrağı meydanında start götürür. 2017-ci ildə orada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏliyevaArzu Əliyeva iştirak etmişdir.

 Yarımarafonun ara məsafəsi 21 kilometr təşkil edir. Orada atletlər, siyasətçilər, tanınmış şəxslər, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və tələbələr iştirak etmişlər. Marafona eyni zamanda, xüsusən ABŞ, Rusiya, Böyük Britaniya, Almaniya, Türkiyə, İran və başqa ölkələrdən xarici qonaqlar gəlmişlər. Kütləvi yürüşün əsas ideyası Azərbaycanda idmanın inkişafı və sağlam həyat tərzinin təşviqini dəstəkləməkdən ibarətdir.

Qeyd etmək lazımdır ki, şəhərin 16 yaşdan yuxarı demək olar ki, bütün sakin və qonaqları marafona qoşulurlar. . Stimul və mоtivləşməyə həmçinin, qələbəyə görə mükafat verilmə faktı da həvəsləndirir. Kişilər və qadınlar arasında birinci yerin sahibləri 3 min (təqribən 1,764 dollar), ikinci yer – 2 min (1,176 dollar), üçüncü yer – min manat (588 dollar) miqdarında pul və hədiyyələr, eləcə də medal və sertifikatlarla mükafatlandırıldılar. Bundan başqa kişi və qadın kateqoriyalarında dördüncü, beşinci və altıncı yerləri tutan şəxslərə öz arzusu ilə hər hansı bir Avropa ölkəsinə iki nəfərlik bilet təqdim edilir. Yeddinci, səkkizinci, doqquzuncu və onuncu yerlərin sahiblərinə isə – hədiyyə kuponları.

Qeyd etmək lazımdır ki, bu cür marafonlar dünyanın London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və bir çox digər şəhərlərində də təşkil edilmişdir.

Cənubi Qafqaz regionunda təkmilləşib birləşdirilmiş ilk krossfit zalı

Hаkim İbrahimov

Bu yaxınlarda Azərbaycanda Cənubi Qafqaz regionunda ilk dəfə olmaqla аffilyasiyalaşdırılmış krossfit «CrossFit Vikings Hammer» zalı (CrossFitVH) yaradılmışdır. Onun yaradıcılarından biri sertifikatlaşdırılmış məşqçi Hakim İbrahimov Dalma Newsə məlumat verib ki, krossfit — bu, qüvvələrin inkişafının fiziki hazırlıq sistemidir ki, onun nəticəsində nəinki yalnız idmançıya, hətta hər bir insana yaxşı fiziki forma əldə etmək olar.

Əvvəlcə krossfit ABŞ-da məşq kompleksi kimi, xüsusi təyinatlı qoşunlar, polis, yanğınsöndürənlər və hərbçilər üçün nəzərdə tutulmuşdu. Amma XXI əsrin əvvəlindən başlayaraq geniş insan kütləsinə də əlçatan olmuşdur.

«Bizdə qrup təlimləri bazar günü istisna olmaqla hər gün keçirilir. Həftənin hansı günü məşq etməyi hər bir kəs özü seçir. Vətəndaşlarımızın həyat tərzi ildən-ilə daha çox sevindirir. İnsanlar sağlamlıq, idman, düzgün qidalanmaya daha çox diqqət yetirməyə başlamışlar. Bunu bizim yanımızda məşğul olanların sayına görə də müəyyən etmək mümkündür. Krossfitin Azərbaycanda yenicə jaranmasına baxmayaraq, məşqlərimizin populyarlığı gündən-günə artır. Bizim məşqlərə professional idmançılardan başlayaraq, ta ofis işçiləri, güc strukturlarının nümayəndələri, tibb işçiləri və evdar qadınlaradək ən müxtəlif peşə sahibləri gəlirlər» — deyə o söyləyir.

Onun sözlərincə, krossfitə idmanın bir çox növləri daxildir. Bu, ağır və yüngül atletika, gimnastika, üzgüçülük, turnik və bruslarda (paralel tirlərdən ibarət gimnastika qurğusu) aparılan məşğələlərdir. Bir qayda olaraq, məşq edənlərin 95%-i öz göstəricilərini hər ay yaxşılaşdırır.

«Çox sevindirici haldır ki, krossfit cəmiyyətimizin qadın yarısını daha çox cəlb edir»,— deyə Hakim İbrahimov sonda vurğuladı.

Yuxarıda deyilənləri yekunlaşdıraraq, demək olar ki, bu gün Azərbaycanda idman ən dəbdə olan tendensiyadır. Ancaq məlum olduğu kimi, bəzən sağlam həyat tərzi bir o qədər də ucuz başa gəlmir. Lakin, arzu və istək olan yerdə, hər kəs özünün sevimlisinə nail olmaq üçün optimal və münasib variant tapa bilər.

 

Hazırlayanı Таtyana Ələkbərova