Azərbaycanda seçkiqabağı kampaniya başlamışdır. Hakim Yeni Azərbaycan partiyası (YAP) artıq YAP-ın sədri İlham Əliyevin prezidentliyə namizəd kimi qeydiyyatdan keçməsi üçün zəruri sənədləri Mərkəzi seçki komissiyasına (MSK) təqdim etmişdir.

Artıq aprelin 11-nə təyin olunmuş növbədənkənar prezident seçkilərinə hələ iki ay qalmasına baxmayaraq, ölkədə, həm də onun hüdudlarından kənarda onların nəticələrinə çox az adam şübhə edir: fəaliyyətdə olan dövlət başçısı İlham Əliyev yenidən seçiləcək.

Azərbaycan gənclərinin adından hakim partiyanın namizədinə öz dəstəyini Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirmişdir. Xüsusi toplantı keçirmiş yaradıcı ziyalıların nümayəndələri prezidentin Azərbaycanın inkişafı üzrə işini qiymətləndirmişlər. Dəmiryolçular İlham Əliyevi dəstəkləmişlər. Bu barədə «Аzərbaycan dəmir yolları» QSC-nin kollegiya iclasında, Qapalı Səhmdar cəmiyyətinin sədri Cavid Qurbanov bildirmişdir.

Əli Əliyev

Tanınmış sosioloq Əli Əliyev Dalma Newsə açıqlamasında bildirib ki, faktiki olaraq bu alternativsiz seçkilərdir, çünki fəaliyyətdə olan prezident İlham Əliyevdən başqa qələbə qazanmaq üçün heç kimin şansı yoxdur.

«Qeyd etməliyəm ki, bizim cəmiyyətdə bir çox obyektiv səbəblərə görə uzun müddət apatiya(süstlük,fəaliyyətsizlik) və laqeydlik hökm sürmüş, insanların başı öz problemlərinə qarışmış, həyat səviyyəsinin aşağı düşməsi, manatın devalvasiyası, qiymətlərin qallxmas… Və həmin süstlüyün «bu gün-sabah» yox olacağını gözləməyə dəyməz: belə hal uzun müddət unudulmur», – deyə o qeyd etmişdir.

Ekspert ümidvar olduğunu bildirdi ki, ictimai rəyin müxtəlif sosioloji xidmətlər tərəfindən tədqiq və araşdırmaları namizədlərin reytinqinə aydınlıq gətirəcək. Bununla belə, Əli Əliyevin sözlərinə görə, istənilən hər hansı bir sorğu, yəqin ki, İlham Əliyevin digər iddiaçılar qarşısında böyük üstünlüyünü göstərəcək. «Seçkilərdə fəallığın səviyyəsi isə başqa məsələdir, lakin sizin də başa düşdüyünüz kimi, o da səsvermənin nəticəsinə təsir göstərməyəcək», — deyə o vurğulayıb.

Elektoratın gözləntilərindən danışarkən, ekspert qeyd etmişdir ki, elə xüsusi bir hal yoxdur, sadəcə hamı daha yaxşı yaşamaq istəyir. Bununla yanaşı, bütün sahələrdə problemlər çoxdur.

Öz növbəsində «Atlas» Bakı Siyasi araşdırmalar mərkəzinin rəhbəri, Elxan Şаhinоğlu Dalma Newsin suallarını cavablandırarkən qeyd edib ki, əslində seçkilərdə xüsusi intriqalar olmayacaq.

«Növbədənkənar seçkilər aparılmasının özü daha çox xarici amillərdən irəli gəlir. Azərbaycan hakimiyyəti sayıqlıq göstərərək, 2013-cü il seçkilərinin tarixinin təkrar olunmasına yol verməmişdir. O vaxt hansısa mərkəzlər oliqarx qruplar formalaşdırır və müxalifət onların namizədini dəstəkləyirdi. Bu dəfə belə olmayacaq», — deyə Elxan Şahinoğlu bildirir.

Bundan başqa, ekspertin fikrincə, daxili müxalifət də növbədənkənar seçkilər aparılacağını proqnozlaşdırmadığından, aprelədək hazırlaşmağa imkan tapmayacaq.

Elxan Şаhinоğlu

«Bütövlükdə isə bizim müşahidələr göstərir ki, insanlar ölkədə siyasi sabitliyin, qorunub saxlanmasını, iqtisadi islahatların dərinləşməsini, həmçinin korrupsiyaya qarşı daha fəal mübarizə istəyirlər. Hökumətdən oliqarx sisteminin ləğvi üzrə qəti tədbirlər gözləyirlər.

 

Bundan başqa, cəmiyyətdə belə bir sual yaranmışdır: əgər vitse-prezidentlər institutu təsis olunmuşsa, daha Azərbaycana Nazirlər kabineti nə üçün lazımdır. Əhalinin aprel seçkilərindən sonra bir çox suallara cavab veriləcəyinə və islahatların fəal şəkildə davam etdiriləcəyinə ümidləri var. Birinci vitse-prezident Mehriban Əliyevaya böyük ümidlər bəslənir», — deyə o bəyan etmişdir.

Elxan Şаhinоğlu qeyd edir ki, son illər prezident İlham Əliyev dörd əsas təkəbbürlü naziri işdən uzaqlaşdırmışdır. İnsanlar ümid edirlər ki, bu proses davam edəcək.

Daha bir amil odur ki, Qərbdə bunu siyasi məhbuslar adlandırırlar. İndi böyük amnistiya hazırlanır: mart və may aylarında. Azadlığa adları daim hüquq müdafiəçilərinin sənədlərində hallanan adamlar çıxa bilərlər, — deyə o qeyd edib.

Bəs yetərincə mürəkkəb sosial-iqtisadi vəziyyət səsvermənin nəticələrinə təsir etməyəcəkmi? Elxan Şаhinоğlu belə düşünmür.

«Böyük neqativ 2016-cı ildə milli valyuta ciddi surətdə qiymətdən düşən zaman baş vermişdi. İnsanlar inflyasiya və iqtisadi vəziyyətin pisləşməsindən qorxurdular. Ancaq problemlər həll olunmuşdu. Ötən il isə prezidentin sözlərinə görə, Azərbaycan 4 milyard 500 milyon dollar qazanmışdır. Belə ki, iqtisadiyyatda «mаksi- sabitlik» var, Neft fondunun ehtiyatları artır, qeyri-neft sektoru inkişaf edir. Hərçənd, əlbəttə ki, sosial problemlər qalmışdır. Məsələn, aşağı əmək haqqı. Ancaq indi elektorata daha çox siyasi sabitlik vacibdir. Regionda, Suriya və İraqda baş verənlər əhalini qorxudur», — deyə o bildirib.

Elxan Ələsgərov

Bununla yanaşı, Baku Network ekspert şurasının başçısı Elxan Ələsgərov Dalma Newsə bildirmişdir ki, istənilən hər hansı seçkilərdə intriqa olur. «Bu, ilk növbədə hakimiyyət üçün yoxlamadır. Səsvermənin keçirilmə müddətlərində dəyişikliyin çubuğun iki başı timsalında düşər-düşməzi ola bilər. Nəticələr həm müsbət, həm də mənfi ola bilər. Odur ki, bu həm hakim partiya, həm də müxalifət üçün sınaq, necə deyərlər, bir növ hakimiyyət və müxalifətin hansı vəziyyətdə olduğunu göstərən özünəməxsus testdir. Təəssüf ki, bəzi qruplar siyasi mübarizədən geri çəkilərək «sabotaj», bir növ təxribat yolunu seçdi. Axı, müxalifət öz namizədini irəli sürməyə hər zaman hazır olmalıdır. İngilislər demiş: Twenty four seven. Yəni həftədə yeddi gün 24 saat hazır olmaq. Siyasətçilərin həyatın istənilən hal və anları üçün variantları, çıxış yolları olmalıdır»,—deyə müsahibimiz bildirir.

Cəmiyyətdəki təfəkkür və mentalitetə gəlincə, Elxan Ələsgərovun sözlərinə görə, Azərbaycanda son yüksəksəviyyəli və reytinqli sorğunu ötən ilin sonunda Hollandiya şirkəti həyata keçirmişdi: «Nəticələr göstərmişdir ki, aparıcı siyasi lider prezident İlham Əliyevdir».

O ki qaldı, seçkilərdə səslərin bölgüsünə, ekspertin sözlərinə görə, nəzərə almaq lazımdır ki, həmişə elə adamlar var ki, siyasətlə tamamilə maraqlanmırlar.«20-30% passiv əhalidən söz gedə bilər. Amma istənilən halda, hakim partiyadan olan namizədin nüfuzu danılmazdır», — deyə o vurğulamışdır.

Ekspert həmçinin elektoratın seçkilərdən umduqlarına da toxunmuşdur. Onun sözlərincə, əhalinin əsas kütləsi öz sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasını, işsizliyin azalmasını, kənd təsərrüfatının inkişafını gözləyir.

«Bütün bu məsələlər ölkədə öz həllini mərhələli şəkildə tapır, İlham Əliyevin iqtisadi proqramı məhz elə buna yönəldilmişdir. Məsələn, Azərbaycanda, onun bölgələrində yeni texnoparkların yaradılması – bu, irəliyə doğru böyük bir addım və sıçrayışdır. Əvvəllər onlar Bakıda, Sumqayıtda və Gəncədə var idi. İndi isə onlar Azərbaycanın o qədər də sıx məskunlaşmayan rayonlarında, məsələn, Ağcabədidə də açılır. Hər şey dinamika və prosesdədir. İnsanların əsas kütləsi bu müsbət irəliləyişləri öz üzərində hiss edir. Azərbaycan dünya iqtisadi böhranından minimal itkilərlə çıxmışdır», — deyə müsahibimiz vurğuladı.

 

Məmməd Məmmədzadə