Türkiyə istehsalı olan filmlərin Azərbaycan bazarına axını davam edir. Son illərdə qonşu dövlətin filmlərinin qala gecəsinin ölkəmizdə təşkili artıq ənənə halını alıb.

Yeni təqdim olunan “Eski sevgilini unutmanın 10 yolu” adlı filmin yaradıcı heyəti də Azərbaycana gələcək.

Olaylar” xəbər verir ki, bu barədə “Best Model” Tuğçe Sarıkaya məlumat verib. Qeyd edək ki, filmin rejissoru Biray Dalkırandır.

“Eski sevgilini unutmanın 10 yolu” adlı filmdə Asuman Dabak, Atılqan Gümüş, Orçun Kaptan, Sərhat Özcan, Zeynəb Dizdar və başqaları da rol alıb. Film Nizami Kino Mərkəzində nümayiş olunur.