Türkiyədə davam edən toqquşmalara görə Gürcüstanın Ankaradakı səfirliyi və İstanbuldakı konsulluğu xüsusi iş rejiminə keçib. Ehtiyac olduğu halda, konsulluq gürcü işçiləri öz ölkələrindəki “qaynar xəttə” telefonla zəng vurmağa çağırır. Bu haqda Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətində Dalma News -a bildiriblər.

Qeyd edək ki, son hadisələrdən dolayı ehtiyat tədbirləri gücləndirilib, Türkiyə hüquq-mühafizə orqanları isə əsas turizm obyektlərini təhlükədən uzaq tutmağa çalışır.

Bundan az əvvəl isə millətçilər “Xalq Demokratik Partiyası”nın qərargahına hücum ediblər. Bu hücum ölkənin cənub-şərq regionunda “Kürdüstan Fəhlə Partiyası”nın döyüşçülərinin 15 türkiyəli polis işçisini öldürmələrindən sonra baş verib. Polis insanları xəbərdar edib, bildirilir ki, partlayış və atışma səsləri eşidilərsə, heç kim evini tərk etməsin.

Qeyd olunur ki, Alanyada da oxşar hücumlar baş verib. Nümayişçilər polisə fəal müqavimət göstəriblər. Bəzi turistik zonalara da hücumların olması barədə məlumatlar var.