British Council 3 oktyabr 2015-ci il tarixdə Britaniyanın “Shakespeare’s Globe” teatrının dünya turnesi çərçivəsində Hamlet tamaşasını Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdirəcəyini elan edir. Tədbir British Council Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət və Turzim Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edilir.

Şekspirin anadan olmasının 450-ci və ölümünün 400-cü ildönümünü qeyd edən Londonun Qlobus Teatrı 23 aprel 2014-cü il tarixindən 23 aprel 2016-cı il tarixinədək davam edəcək möhtəşəm dünya turnesinə çıxmışdır. Bu, tamamilə misilsiz teatr sərgüzəşti “Hamlet” tamaşasını iki il müddətində dünyanın hər bir ölkəsində nümayiş etdirməkdən ibarətdir. On altı nəfərdən ibarət teatr truppası dünyannın bütün kontinentlərinə səyahət edərək unikal məkanlarda və əsrarəngiz teatr səhnələrində çıxış edir.

Tamaşa ingilis dilində və azərbaycan dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə numayiş olunacaq. Biletləri şəhərin bilət kassalarından əldə edə bilərsiniz.