Müsəlmanların Qurban bayramına az qaldı. Hər il olduğu kimi bu il də Qurban bayramı ilə bağlı satış məntəqələrində nəzarət tədbirləri həyata keçiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, tək bazar, bazarətrafı ərazilərdə satılacaq heyvanlar yox, eləcə də təşkil ediləcək yarmarkalarda, müvafiq qurumlar tərəfindən yaradılmış ayrı-ayrı satış məntəqələrində həm stasionar, həm də səyyar formada nəzarət həyata keçiriləcək.

Bundan əlavə, satış məntəqələrində heyvan kəsilmədən əvvəl gətirilən baytarlıq sənədləri araşdırılacaq. Yalnız bundan sonra satışa icazə veriləcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here