Qazaxıstan hərbi maşınların istehsalı və satışı ilə məşğul olacaq. Hərbi maşınların satılacağı CAR, Qabon və Braziliya kimi ölkələrin sırasında Azərbaycan da var.

“Maşınlar “Paramount Group” dəstəyi ilə istehsal edilsə də, adları yerli olacaq.

APA Qazaxıstan saytlarına istinadən xəbər verir ki, istehsalın başlama vaxtı dəqiq deyil, amma avadanlıqların alınması ilin sonuna kimi başa çatdırılacaq.

Qeyd edək ki, 2018-ci ildə 120 ədəd maşının istehsalı planlaşdırılır. Ehtiyac olsa, bu rəqəm 360-ə qaldırıla bilər.