Gürcüstanda parlament, Acarıstan Muxtar Respublikasında isə Ali sovet seçkilərinə lap az – cəmi bir gün qalmışdır, ancaq Gürcüstanda ən uzun seçkiqabağı kampaniya həm öz partiya siyahılarını seçkilərə qoyan partiyaların aktiv təşviqat fəaliyyəti, həm də mümkün dövlət çevrilişi cəhdi ilə əlaqədar dava-dalaş və yeni cinayət işləri ilə davam edir.

Daha öncə, avqustun 28-də Gürcüstanın MSK-sı seçki bloklarının seçkilərə qeydiyyat prosesini başa çatdırmışdır. Əldə olan məlumatlara əsasən, qarşıdakı parlament seçkilərinə ərizə verən 64 siyasi partiyadan 45-i qeydə alınıb, həm də 18 partiyanı qeydə almaqdan imtina edilmişdir. Lakin onların demək olar ki, yarısının MSK-na seçki bloklarınının formalaşdırılması məqsədi ilə müraciət etdiklərindən, nisbət aşağıdakı kimi alınmışdır: 25 partiya və 7 seçkiqabağı blok.

Bu gün Gürcüstanda daxili seçkiqabağı siyasi vəziyyətin necə olması və qarşıdaki parlament seçkilərindən nə gözləmək haqqında «Gürcüstan və dünya» gürcü nəşrinə müsahibəsində ən tizfəhm və peşəkar gürcü politoloqu Aleksandr Çaçija söz açmışdır. Aşağıda Dalma News redaksiyası politoloqla müsahibənin tam mətnini təqdim edir.

— Siz çoxdan gürcü mətbuatında Gürcüstandaki vəziyyətin siyasi təhlili barədə çıxış etməmisiniz. Halbuki, Gürcüstanda mühüm siyasi proseslər baş verir, onların ciddi təhliil isə açıq-aydın kifayət deyil. Ümumiyyətlə, Gürcüstan üzrə səriştəli analitika son dərəcə qıtdır…

— Təəssüf ki, siyasi təhlil nöqteyi-nəzərindən ölkəmiz elə bir maraq kəsb etmir. Siyasi təhlil üçün öz xalqlarının milli mənafelərindən çıxış edərək müstəqil siyasət aparan və ya buna cəhd göstərən ölkələr maraq doğurur. Gürcüstan onların sırasına daxil deyil. Ön Asiyada və Cənubi Qafqazda ABŞ siyasətinin mahiyyətini bilmək Gürcüstanın siyasi davranış formulunu çıxarmaq üçün kifayətdir. Gürcüstanı heç kim,hətta Zaqafqaziyada belə müstəqil oyunçu kimi nəzərdən keçirmir. Odur ki, nə dünya KİV, nə də ciddi politoloji mərkəzlərin tədqiqatlarında Gürcüstan üzrə analitiklər yoxdur. Şəxsən mənə gəlincə isə, onda Siz bilirsiz ki, mən Gürcüstanın daxili və xarici siyasət məsələləri barədə kifayət qədər çox yazmışam, o cümlədən — Sizin qəzetdə də. Qətiyyətlə deyə bilərəm ki, bu məqalələrdə hətta 5-10-15 il əvvəl öz əksini tapmış təhlil, təklif və tövsiyələr təəssüf ki, bu gün də aktual qalmaqda davam edir.

— Bu cür siyasi durğunluğun səbəbi nədir?

— Səbəb ondan ibarətdir ki, Gürcüstanda 25 illik formal müstəqilliyə baxmayaraq, müstəsna olaraq yalnız milli maraq yönümlü müstəqil siyasi sinif formalaşmayıb. Bundan başqa, seçicinin özü üçün aralarında münasib olanını seçməsi üçün möhkəm ideoloji platformaya malik alternativ siyasi və iqtisadi konsepsiyalı siyasi partiyalar formalaşmamışdır.

— Bu gün seçici siyasi liderlərdən əslində nə eşidir?

«Mən qərbyönlü kurs, NATO-ya, Avropa ittifaqına daxil olmaq tərəfdarıyam, Amerika və Amerika dəyərlərini sevirəm, ancaq başqalarından fərqim ondadır ki, mən bunun əsl tərəfdarıyam, səmimi-qəlbdən sevirəm və ürəkdən istəyirəm! Ona görə də mən baş nazir, həyat yoldaşım – müdafiə naziri, mənim qohumum – daxili işlər naziri, mənim məşuqəm xarici işlər naziri olmalıdır və s.»

Eyni şeyi onlardan Amerika səfiri eşidir:

«Məni dəstəkləyin, mən Amerikanın mənafeyini indiki hakimiyyətdən daha yaxşı müdafiə edə bilərəm!»

Bundan başqa, total işsizlik və yoxsulluq şəraitində bütövlükdə siyasət, seçki prosesi, partiyaların yaradılması və bölünməsi, qeyri-hökumət təşkilatlarının fəaliyyəti xırda biznesin bir hissəsi oldu ki, orda ölkəmizin inkişafı üzrə ideyalara, konsepsiyalara və strateji proqramlara yer yoxdur

— Bununla belə, oktyabrın 8-də parlament seçkiləri keçiriləcək. Gürcüstanda Sizin tərəfdarlarınız çoxdur, Sizin fikrinizə qulaq asırlar, Sizə etibar edirlər. Sizin mövqe və görüşlərinizdə hər hansı üstünlüklər varmı?

— Zənnimcə əksər gürcü seçiciləri kimi, mənim də heç bir şəxsi siyasi üstünlüyüm yoxdur. İntəhası, yəqin elə bizim seçicilərin rəhbər tutacağı məqsədəuyğunluq mülahizələri var.

İş burasındadır ki, ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də əsas rəqiblər timsalında «Gürcü arzusu» və «Milli hərəkat»çıxış edir. «Gürcü arzusu»— bu, əlbəttə, partiya deyil, onun heç bir real siyasi, iqtisadi proqramı və müvafiq intellektual potensialı yoxdur, əksinə, bu, hər şeydən əvvəl «maraqlar klubu»dur. Maraq isə bu gün birdir — Mixail Saakaşvilinin «Milli hərəkat»ının reenkarnasiyasına yol verməmək və bunda onları əhalinin əksəriyyəti dəstəkləyəcək.

«Milli hərəkat»ın törətdiyi siyasi cinayətlər ötən seçkilərdə «Gürcü arzusu»nun qələbəsini təmin etdi və «Gürcü arzusu»nun fəaliyyətində qeyri-doğrultmalara baxmayaraq hazırkı seçkilərdə də «Milli hərəkat» üzərində inamlı qələbə gətirəcək. Cəmiyyətin Gürcüstanda əksəriyyət təşkil edən düşünən hissəsi başa düşür ki, «millilər» — bu, ölkə üçün bir bəla, rüsvayçılıq və namusuzluqdur. Hətta «milliləri» yaradan və onları hakimiyyətə gətirən amerikalılar artıq onların ciddi siyasi qüvvə kimi qorunmasını təkid etmirlər və indiki seçkilər bu fikri təsdiqləyəcəkdir: amerikalılar «millilərin» xeyrinə saxtakarlıq tələb etməyəcəklər, həm də ona görə ki, mənası yoxdur — deputat mandatı əldə edən İvanişvili və Saakaşvili tərəfdarları arasındaki fərq çox böyük olacaq.

O başqa məsələdir ki, «Milli hərəkat»ın siyasi boşluğa getməsi ilə «Gürcü arzusu»nun ictimai dəstəyi aşağı yuvarlanmağa başlayacaq, bu partiya və onun qeyri-formal lideri növbəti seçkilərə doğru əhalidə yalnız özünə qarşı istehza doğuracaq.

 

— Cəmiyyətdə belə bir qorxu var ki, «millilər» məğlubiyyətlə barışmayacaq və sabitliyi pozmağa çalışacaqlar…

— Bu, onların üslubundadır. Axı, «Milli hərəkat» — bu da ideyalı, konsepsiyalı və ölkənin inkişaf strategiyasına malik partiya deyil, lakin bu partiya siyasi texnologiyalar, o cümlədən pozuculuq partiyasıdır. Ancaq onlar güc tətbiqilə genişmiqyaslı destablizasiyaya yalnız amerikanlar Rusiyanın cənub sərhədlərində yenidən «qaynar nöqtə» yaratmaq qərarına gəldikləri halda gedə bilərlər. Amerikalıların razılığı və birbaşa yardımı olmadan «millilər» genişmiqyaslı destablizasiyaya getməyəcəklər! Müxtəlif qəbildən asayiş pozuntuları — savaş, mitinqlər, saxtalıqda ittiham olunmalar və bundan artıq daha heç bir şey.

— Bəs amerikalılar Bidzina İvanişviliyə onun hakimiyyətinin davamsızlığını göstərmək, onu hansısa müstəqil xarici siyasi addımlardan yayındırmaq üçün«millilərə» dəstək verə bilərlərmi?

— Buna heç bir ehtiyac yoxdur. İvanişvilinin kapitalı Qərbdə, Amerika banklarında yerləşir və bu, onun heç bir müstəqil addım atmaması üçün ən yaxşı qarantdır. Kasıb bir ölkənin varlı hökmdarı siyasi cəhətdən müstəqil ola bilməz.

— Bir sıra partiyaların özlərini «üçüncü qüvvə» kimi mövqeləndirmə cəhdləri var. Məsələn, Burçuladze bu statusa can atırdı…

— Bəli, on və ya iyirmi partiya, o cümlədən — Burçuladze partiyası da, Alasaniya partiyası da, Natelaşvili partiyası da və «respublikaçılar» da var və onların — «əsl qərbyönlü», «əsl amerikapərəst» olduqlarını deyirlər; biz artıq belə siyasətçilərdən söz açmışıq.Onların perspektivləri yoxdur. «Üçüncü qüvvə» olmaq üçün birinci ikisinə alternativ olmaq lazımdır. Bu partiyalar isə artıq bölünmüş və orda onlar üçün yer olmayan bir siyasi sahədə vurnuxurlar.

 

— Burcanadze, Topadze, Meçiauri alternativ fikirlər söyləyirlər…

— Birləşsəydilər onların «üçüncü qüvvə» yaratmaq və parlamentə keçmək şansları var idi. Onlara nəyin — şəxsi ambisiyalarınmı və ya «dostların məsləhətlərininmi» mane olduğunu bilmirəm, ancaq bununla onlar ölkənin alternativ inkişaf modelini dəstəkləyən elektoratı necə deyərlər, yalnız itirmiş olurlar. Zənnimcə, heç onların ölkənin dəqiq inkişaf strategiyası belə yoxdur. Bəyanlanan məqsədlər var, amma onların əldə edilmə vasitə və metodları anlaşılmazdır. Buna baxmayaraq, hər halda Burcanadzenin maneəni aradan qaldırmaq imkanı hələ də qalır. Gürcüstanda bu gün indiki, bir daha vurğulayıram – indikibu siyasi dünyagörüşü üçün münbit zəmin var! Əgər o, yetərli sayda səs qazanmasa, bu o deməkdir ki, xalq öz keçmiş siyasi davranışına görə onu bağışlamamış, onun transformasiya olunmasına, əvvəlki dövrlə müqayisədə 180 dərəcə siyasi dönüş nümayiş etdirməsinə inanmamışdır.

— Son vaxtlar «Vətənpərvərlər alyansı» tərəfdarlarının sayı artmışdır. Sizcə, bu partiyanın nə kimi perspektivləri var?

— Bu partiya da amerikalılara sübut etməyə çalışır ki, ona etibar etmək olar. Partiyanın alternativ siyasi qüvvəyə çevrilmə perspektivi bu gün görünmür, lakin «Vətənpərvər alyansı» parlamentə keçə bilər. Başqalarından fərqli olaraq, «Alyansın» gürcü cəmiyyəti qarşısında xidmətləri var. «Millilərin» cianyətlərinə dair videokadrları üzə çıxarmaqla onların ötən seçkilərdə məğlubiyyətində məhz «Alyans» mühüm rol oynamışdır.

Zənnimcə, bu qalmaqallı kadrlar olmadan «Gürcü arzusu» inamlı səs çoxluğu qazana bilməzdi. Həm də Saqarecodaki seçkilərdə fırıldaqları ifşa etməklə «Alyans» «Respublika partiyası”nın qanun və demokratik dəyərlərə nеcə «hörmət» etdiyini göstərmiş oldu.

Bundan əlavə, onlar Türkiyə maliyyə-iqtisadi və mədəni ekspansiyası məsələsi ilə bağlı düzgün, milli yönümlü mövqe tutmuşdular. Yaxın illərdə bizi Türkiyə ilə münasibətlərdə ciddi problemlər gözlədiyini nəzərə alsaq, parlamentdə belə adamlar lazımdır. Acar «Millilərinin» lideri artıq аcаrları türk xalqının bir hissəsi adlandırmışdır və əgər «vahid millət» parçalanmışsa, deməli, onun yenidən birləşmə vaxtı da gələ bilər…

 

— Belə çıxır ki, seçkilərdən sonra ölkənin həyatında keyfiyyətli dəyişikliklər gözləməyə dəyməz?

— Ölkənin ictimai-siyasi və iqtisadi həyatı, xarici və daxili siyasətində keyfiyyətli dəyişikliklər olmayacaq. Heç deputat korpusunun keyfiyyət tərkibi də yaxşılaşmayacaq. Siz ki, partiya siyahıları ilə tanışsınız… Bəli, hər bir siyahıda iki-üç nüfuzlu ictimaiyyət nümayəndəsi var ki, onların ümumi sayı on nəfər ciddi adamı təşkil edəcək, lakin bu, qərarlar qəbul edilərkən heç nədir! Ötən parlamentdə də onlarla ağıllı insan var idi, ancaq nə mənası?!

Bu seçkilərin məqsədi ixtisaslı və milli yönümlü parlament seçmək deyil, çünki, total xarici nəzarət şəraitində seçməli adam yoxdur və vətənpərvər siyasi qüvvələrin formalaşdırılması mümkün deyil! Öz növbəsində onların təyinatı və bu seçkilərin əhəmiyyəti— nəhayət, «Milli hərəkatın» hakimiyyət iddialarını birdəfəlik basdırmaq, amerikalılara «Milli hərəkatın» Gürcüstan üçün ciddi siyasi qüvvə olmadığını nümayiş etdirməkdir. Ona görə də, vətəndaş məsuliyyətinə malik insanlar seçkilərə gələrək öz mövqelərini bildirməlidirlər .Onların kimə səs verəcəkləri əsas deyil, başlıcası, seçkilərin nəticələrinə görə amerikalıların «Milliləri» dəstəkləməyin perspektivsizliyinə tam əmin olaraq necə deyərlər,onların adlarını silmələridir. Onlar, əlbəttə başqa bir ad altında «yeni millilər» yaradacaqlar, (onlarla partiya növbədə dayanıb və öz saatını gözləyir!), onları növbəti seçkilərdə «Gürcü arzusu»nu əvəz etmək üçün hazırlayacaqlar, lakin bu 2-3 il çəkəcək. O vaxtadək vətənpərvər qüvvələr ola bilsin ki, birləşə biləcəklər: fəlakət qarşısında bir qayda olaraq xalqımızda özünümühafizə instinkti öz işini görür…

Söhbəti İrakli Todua apardı