Gürcüstanın baş naziri İrakli Qaribaşvili nazirlər kabinetindəki dəyişikliklərdən söz açıb. Onun qərarı ilə XİN-nın başçısı Tamar Beruçaşvili öz kürsüsündən məhrum olmuşdur ki, onu həmun vəzifədə baş nazirin birinci müavini, iqtisadiyyat və sabit inkişaf naziri Qeorgi Kvirikaşvili əvəz edəcək. Gürcüstanın baş nazirinin mətbuat konfrasında bildiriyi kimi, Qeorgi Kvirikaşvili baş nazirin birinci müavini vəzifəsində qalmaqla yanaşı, həmçinin Gürcüstanın uğurlu xarici işlər naziri olacaq.

“Nəzirlər kabinetindəki dəyişiklikləri təqdim etmək istərdim ki, bu, hökumətimizin səmərəsini daha da artıracaq. Hökumət elə iqtisadi inkişafda mərkəzləşmişdir ki, o, yeni iş yerləri yaradır və hər bir Gürcüstan vətəndaşına fayda verir. Bizim xarici siyasət və daxili iqtisadi gündəmimizi məhz bu məqsəd müəyyənləşdirir. Odur ki, hazırki mərhələdə bu iki sahənin konsolidasiyası son dərəcə vacibdir”,- deyə Qaribaşvili vurğulamışdır.

Gürcüstanın İqtisadiyyat və sabit inkişaf naziri vəzifəsinə isə Tbilisinin sabiq vitse-meri Dmitri Kumsışvili təyin olunmuşdur. Dalma News -ın xəbər verdiyi kimi, “Xronika” və “Aliya” gürcü qəzetləri əvvələr ölkə hökumətində artıq cari ilin sentyabrında kadr dəyişiklikləri ehtimalı haqqında xəbər vermişdi. “Xronika” təkcə Gürcüstan XİN başçısını dəyişmək ehtimalından söz açmışdısa, “Aliya” qəzeti həmçinin maliyyə, ədliyyə və kənd təsərrufatı nazirlikləri rəhbərlərinin əvəz olunma ehtimallarını bildirmişdi.

Xatırladaq ki, son kadr dəyişmələri yazda baş vermiş və milli valyutanın qiymətsizləşməsilə üst-üstə düşmüşdü. O vaxt müxalifət və ictimaiyyət hökumətin iqtisadi komandasının dəyişəcəyinə ümid bəsləmiş, ancaq dəyişikliklər yalnız idman, müdafiə və ətraf mühiti mühafizə nazirlərinə şamil olunmuşdur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here