Azərbaycan modelyeri, sənətşünaslıq üzrə fəlsəfə elmləri doktoru Gülnara Xəlilovanın yeni kolleksiyası avqustun 29-dan sentyabrın 2-dək Urumçi (Çin) şəhərində keçiriləcək IV Beynəlxalq Avroasiya festivalında təqdim ediləcək.

Bu haqda xəbər verən “Trend Life“ xatırladır ki, ötən il III Beynəlxalq Avroasiya “İpək yolu“ geyim festivalında Gülnara Xəlilovanın kolleksiyası «Master Exibition & Performance Award» mükafatına layiq görülmüşdür.

Festivalın təşkilatçıları Çin Xalq Respublikası (ÇXR) Sintszyan-Uyğur muxtar rayonunun (SUMR) Xalq hökuməti, ÇXR toxuculuq sənayesi assosiasiyası, SUMR Qadınlar federasiyası və başqalarıdır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here