Bakıda “Zəngəzur” şadlıq evində kütləvi zəhərlənmə baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 8 avqust tarixində Binəqədi rayonunda yerləşən “Zəngəzur” şadlıq sarayında keçirilən toy mərasimində 77 nəfər qidadan zəhərlənib. Onlardan 15-i uşaqdır.

Müraciət edənlərlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər.

Onlara müvafiq tibbi yardım göstərilib.

Hazırda 41 nəfərin müalicəsi davam edir, onların vəziyyəti kafidir.

Xəstələrdən laborator müayinə üçün qusuntu və yuyuntu materialları götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi “paytaxt salatı” ehtimal olunur.

Hadisənin araşdırılması davam edir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here