Avropa ilə bağlı Azərbaycanda insanların fikirləri heç də birmənalı deyil. Az qala deyimə çevrilən “Avropanın yaxşısını qoyub, pisini götürürsünüz” məsəli cəmiyyətimiz ilə Avropa arasında məsafənin olmasına çox kiçik misaldır. Nəzərə alaq ki, Şərq insanının Qərblə mübarizəsi hər zaman olub. Lakin qloballaşma dövründə inteqrasiya istər mədəni, istər siyasi, istər iqtisadi baxımdan çox önəmlidir.

Ötən illərdə də təşkil olunan və bu il təkrarlanacaq “Avropa şəhərciyi” tədbiri mədəniyyətlərarası dialoq yolunda atılan mühüm addımdır.

Belə ki, bu günlərdə Bakıda avropalıların milli adət-ənənələrinin sərgilənəcəyi “Avropa şəhərciyi” təşkil olunacaq.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “tvitter” səhifəsində məlumat yerləşdirilib.

Qeyd edək ki, “Avropa şəhərciyi” bu il də İçərişəhərdə keçiriləcək. Tədbirə giriş sərbəstdir.