2015-ci ilin yanvar-iyul aylarında xarici mənbələrdən əsas kapitala 3 milyard 874,5 milyon manat vəsait yönəldilib. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

Vəsaitin 3 milyard 337 milyon manatı (86,1%-i) Böyük Britaniya, Türkiyə, Norveç, Rusiya, İran, ABŞ, Yaponiya və İsveç sərmayədarlarına məxsus olub.

Qeyd edək ki, 2015-ci ilin 7 ayında Böyük Britaniya Azərbaycana 1 milyard 231 milyon 516 min manat, Türkiyə təxminən 549 milyon manat, Norveç 408 milyon manat sərmayə yatırıb.

Xatırladaq ki, anoloji dövrdə Rusiya və İran Azərbaycana təxminən eyni həcmdə – 262 milyon manat sərmayə qoyub.