Yaxın günlərdə Azərbaycanın ilin sonuna kimi alternativ enerji sahəsində iki layihəni təhvil verəcəyi ilə bağlı xəbər yayılmışdı. Təbiətin gücündən yararlanaraq qərara alındı ki, bu cür layihələr “sərhəddi aşsın”.

Belə ki, İranın Xaf şəhəri ətrafında yaradılacaq “Külək parkı” layihəsi “Azalternativenerji” MMC tərəfindən həyata keçiriləcək. Bununla bağlı artıq razılıq əldə olunub.

Bu barədə Ölkə.Az-a Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edək ki, layihə 2014-cü il noyabrın 12-də Bakı şəhərində imzalanmış Anlaşma Memarandumu çərçivəsində reallaşacaq.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here