Azərbaycan Dərbənd şəhərinin 2000 illik yubileyi münasibətilə şəhərdə bir neçə obyektin bərpasına böyük məbləğdə vəsait ayıracaq.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində Dağıstan hökumətinin sədrinin müavini Anatoli Karibov danışıb.

Qeyd edək ki, ilk növbədə Heydər Əliyev küçəsi, daha sonra Nizami Gəncəvi parkı, eləcə də Əliyev küçəsində yerləşən internat məktəbi bərpa olunacaq.

Hazırda Dərbənddə Azərbaycan teatrının bərpası və ya yeni teatrın – Azərbaycanda tikilənin eynisinin tikilməsi məsələsi həll edilir. Teatrın yeni binasının təxminən 2018-ci ilə qədər tikilməsi ehtimal edilir.