Fətullah Gülən (hazırda ABŞ-da yaşayan İslam ictimai xadimi) hərəkatını dəstəkləməkdə və qanunsuz cinayətkar qruplaşma yaratmaqda ittiham olunan türk prokurorları Zəkəriyyə ÖzCəlal Kara Türkiyədən Ermənistana qaçmışlar.Bu haqda Türkiyənin Artvin əyalətinin valisi Kemal Ciritə istinadla Anadolu agentliyi xəbər verir.

Mənbəin məlumatına görə, prokurorlar ilkin məntəqə kimi Gürcüstanı seçmiş, sonra isə sərhəddi keçərək Ermənistana gəlmişlər ki, hazırda elə ordadırlar.

Zəkəriyyə Öz və Cəlal Kara 2013-cü ilin dekabrında Türkiyədə baş vermiş iri korrupsiya qalmaqalınin istintaqı ilə məşğul olmuşlar ki, o vaxt korrupsiya, kontrabanda və narkotik maddələrin alverində ittiham üzrə onlarla adam, o cümlədən biznesmen və bəzi nazir övladları tutulub saxlanmışlar.

2014-cü ilin fevralında Türkiyə prokurorluğu tutulanların hamısını azadlığa buraxmağa dair qərar qəbul etdi. Bir qədər sonra məhkəmə müsadirə olunmuş pul vəsaitlərini Türkiyə “Xalq Bank”-nın sabiq rəhbəri Süleyman Aslana, eləcə də sabiq daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülərə qaytarmağa dair hökm çıxardı.

Bununla belə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti işdən azad olunmuş Türkiyə prokurorlarının Ermənistana qaçmalarına dair məlumata malik deyil.

Panorama.am” ın verdiyi xəbərə görə, “Bizdə belə informasiya yoxdur”,-deyə MTX-nin mətbuat xidmətində bildirmişlər.